Qafqazın ilk mühərrik və sənaye yağları zavodu olan “Technol”un açılışı olub
Tarix: 30.01.2017 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Təməli 2015-ci ildə qoyulmuş Azərbaycanın və Qafqazın ilk mühərrik və sənaye yağları zavodu olan “Technol” MMC şirkətinin rəsmi açılış mərasimi keçirilib.
 
Şirkətin istehsal etdiyi mühərrik yağlarını fevral ayının 1-dən istehlakçılar əldə edə biləcəklər.
 
“Technol” MMC-nin icraçı direktoru Murad Rəfiyev vurğulayıb ki, hal-hazırda şirkət 60-dan çox məhsul istehsal olunur.
 
“Bütün növ nəqliyyat vasitələri minik və yük maşınları, motosikletlər, o cümlədən sərnişin və yükdaşıma gəmiləri üçün mühərrik yağları, ötürücü qutu yağları istehsalını həyata keçirən zavodumuz eyni zamanda sənaye məqsədli yağlar, reduktor yağları, hidravlik yağlar, müxtəlif növ sürtgü yağları və antifrizlər də istehsal edir. Bizim 50-ə yaxın əməkdaşımız olan müəssisəmiz var. Şirkətimizin gündəlik 100 tona yaxın məhsul istehsal etmək gücü var ki, yaxın günlərdə bu 200 tona çatdırılacaq. Ən qısa zamanda illik 80 min ton məhsul istehsal etməyi qarşımıza məqsəd qoymuşuq. Azərbaycan bazarına çıxdıqdan sonra paralel olaraq xarici bazara məhsul ixrac etməyi düşünürük. İlk öncə Türkiyə, Rusiya, İran, Gürcüstan daha sonra Mərkəzi Asiya ölkələri və digər MDB ölkələrinə ixrac nəzərdə tutulub”, - deyə M.Rəfiyev bildirib.
 
İcraçı direktorun sözlərinə görə, şirkətin istehsal etdiyi məhsulun yerli istehsal olması qiymət cəhətdən məhsulları daha əlverişli edəcək. O bildirib ki, keyfiyyətə gəlincə, zavod 2015-ci il istehsalı olan, son model laboratoriyaya malikdir və Yaponiya, Almaniya, Avropa istehsalı olan cihazlarla təmin olunub: “Bu, bizə imkan verir ki, bazara yüksək keyfiyyətli məhsul çıxara bilək. Məhsullarımızın istehsalı zamanı istifadə etdiyimiz xammal və qatqılar dünyanın ən aparıcı şirkətlərin istifadə etdiyi xammal və qatqılar olduğuna görə, keyfiyyətinə əminik. Bazarda olan digər məhsullarla müqayisədə 50% nisbətində qiymət fərqliliyi olacaq”.
 
Qeyd edək ki, “Technol” MMC şirkətinin tikintisi zamanı heç bir kredit xəttindən istifadə olunmayıb, yerli sərmayə hesabına tikilib. Zavodda dünyada mühərrik və sənaye yağları sahəsində uzun illər təcrübəsi olan  şirkətlərində fəaliyyət göstərən xarici mütəxəssislər çalışır ki, bu da istehlakçılara yüksək keyfiyyətli məhsulun təqdim olunmasına və analizlər etməyə imkan yaradır.
 
“Technol” MMC mühərrik və sənaye yağları sahəsində dünyanın tanınmış xammal və qatqı təchizatçıları olan “İnfineum”, “ADCO” və “Lubrizol” kimi şirkətlərlə əməkdaşlıq edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info