Meksika səfiri BANM-də
Tarix: 30.01.2017 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rodriqo Labardini və səfirliyin attaşesi Mario Fernandezlə görüşüb. Görüşdə rektor Elmar Qasımov qonaqlara BANM-in yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat verib. Prezident İlham Əliyevin fərmanı ilə yaradılan ali məktəbdə qısa müddət ərzində görülən işlər və islahatlardan danışan Elmar Qasımov tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və beynəlxalq əlaqələrdən bəhs edib. Rektor BANM-in müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumlar ilə əlaqələrindən söz açıb.
Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rodriqo Labardin səmimi qəbula görə təşəkkür edib. Səfir BANM ilə öz ölkəsinin ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkişafından bəhs edib. O, hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinin vacibliyinə toxunub. Səfir Meksika Neft İnstitutu (Mexican İnstitute of Petroleum) ilə BANM arasında əməkdaşlığın qurulmasının mümkün perspektivlərini vurğulayıb.
Görüşdə, o cümlədən birgə gələcək əməkdaşlıq, tələbələrin və professor-müəllim heyətinin mübadiləsi, elmi tədqiqatlar sahəsində əməkdaşlıq və BANM-də “Meksika günü”nün təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Nigar





 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info