İran prezidentinin müavini: “Azərbaycanla ekologiya sahəsində əməkdaşlığın sürətlənməsini istəyirik”
Tarix: 30.01.2017 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


“İran prezidentinin təkid etdiyi məsələlərdən biri Azərbaycanla ekologiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir”. Bunu APA-nın Tehran bürosuna açıqlamasında İran prezidentinin müavini, Ətraf Mühiti Mühafizə Təşkilatının rəisi Məsumə Ebtikar deyib. O bildirib ki, Azərbaycan və İran ətraf mühitin mühafizəsi və ekologiya sahəsində əməkdaşlığı nəzərdə tutan, habelə əməkdaşlıq əlaqələrinin regional və beynəlxalq çərçivədə davam etdirilməsinə dair sənədləri imzalayıb: “Düşünürük Azərbaycanla əməkdaşlıq üçün ən önəmli sahələrdən biri ətraf mühitin qorunması, xüsusən də Xəzər dənizində ətraf mühitin qorunması məsələsində əməkdaşlıqdır. Xəzərin ətraf mühitinin qorunmasına dair konvensiyanın (Tehran Konvensiyası) katibliyinin Bakıda açılmasını gözləyirik”. 
M. Ebtikarın sözlərinə görə, İran Xəzər dənizində ətraf mühitin qorunması sahəsində əməkdaşlığın region üçün çox önəmli olduğunu dəfələrlə vurğulayıb. “Azərbaycandan istəyirik ki, bu əməkdaşlığı sürətləndirsin. Düzdür, hazırda əməkdaşlıq var. Lakin inkişaf tempi zəifdir. Məsələnin önəmli olmasını nəzərə alaraq ümid edirik ki, bu sahədə Azərbaycan tərəfi işləri sürətləndirəcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info