“Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda konfrans başlayıb
Tarix: 30.01.2017 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir. Tədbirdə çıxış edən UNEC-in rektoru Ədalət Muradov bildirib ki, mövcud dövrün çağırışlarına cavab vermək üçün təhsil sahəsində, xüsusilə iqtisadiyyat sahəsində mühüm addımlar atılmalıdır. Onun sözlərinə görə, ali məktəblər cəmiyyətin bütün sahələri ilə sıx əlaqələr qurmalı, tələbələrin biliklərinin dövrün tələblərinə cavab verməsi üçün bəzi ixtisaslarda dəyişikliklər edilməlidir. Azərbaycan təhsilinin elmlə inteqrasiyası genişləndirilməli, iqtisadi tələbələrə cavab verməlidir.  
Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, son 25 ildə Azərbaycan sürətli inkişaf yolu keçib və hazırkı dövr ölkənin inkişafının yeni bir mərhələsidir: “Mövcud iqtisadiyyatda baş verən proseslərə və xüsusiyyətlərə diqqət yetirməliyik. Ali təhsil sisteminin iqtisadiyyat, sənaye, elm müəssisələri ilə daimi bağlantısı olmalıdır”.
Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə bildirib ki, bu gün cəmiyyət mövcud resursların yalnız 1/3-dən istifadə edir. Onun sözlərinə görə, təhsil, elm, texnologiya sahəsində digər resurslar yenidən kəşf olunmalıdır: “Təhsilin qarşısında duran məsələ, təbii resursların daha dərindən araşdırılması, öyrənilməsi, cəmiyyətdə istifadə edilməsindən ibarətdir. Bu sahədə təhsilin rolu vacibdir”.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) nümayəndəsi Qulam İsakzai bu sahədə Azərbaycan hökuməti ilə görülən birgə işlərdən danışıb.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, bu gün Azərbaycan bilik iqtisadiyyatı, yeni iqtisadi model formalaşıb. Onun sözlərinə görə, nəticədə təhsilin inkişaf hədəfləri və prioritetləri müəyyən edilib.
Qeyd edək ki, iki gün davam edəcək konfransda “Təhsil və sosial-iqtisadi inkişaf”, “Təhsil sektorunun inkişafı: qlobal meyllər, mütərəqqi təcrübələr və islahatlar”, “Tədrisin keyfiyyətinin idarə edilməsinə yeni yanaşma” mövzusunda panellər üzrə yerli və xarici ekspertlərin məruzələri dinləniləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib
23.04.2019
“Formula-1” Azərbaycan Qran-prisi telekommunikasiya xidmətləri ilə tam təchiz edilib
23.04.2019
Builki yarış “Formula 1 SOCAR Azərbaycan Qran-Prisi-2019” adı altında keçiriləcək
23.04.2019
İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info