“Metropoliten” qatarların yerli şəraitdə təmiri ilə külli miqdarda vəsaitə qənaət edib
Tarix: 30.01.2017 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi metropoliten tarixində ilk dəfə qatarların əsaslı təmirinin və modernləşdirilməsinin yerli şəraitdə təşkili ilə bağlı ciddi addımlar atıb. 2014-cü ildə başlanan işlərin birinci mərhələsində 10 vaqon yerli şəraitdə qum şırnağı ilə korroziyadan təmizlənərək rənglənib.
«Bakı Metropoliteni» QSC-dən  verilən məlumata görə, əldə olunan səmərə və keyfiyyət sahənin inkişafına zəmin yaradıb.
Məlumatda bildirilib ki, əsaslı təmir üçün ölkə daxilində müvafiq zavod şəraiti olmadığından, 2013-2015-ci illərdə «Bakı Metropoliteni» QSC-nin 5 qatarı Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisi filialında əsaslı təmir edilib. Artıq ölkədə həyata keçirilən təmir işləri çərçivəsində 2015-ci ildən vaqon salonunun yenilənməsinə, o cümlədən döşəmə örtüyünün, daxili plastik təbəqənin, qapı rezinlərinin dəyişdirilməsinə və havalandırma xəttinin təmizlənməsinə başlanılıb. İşlərin üçüncü mərhələsindən vaqonların elektrik xətləri və işıqlanma şəbəkəsi də yeniləşmə tədbirlərinə daxil edilib.
Ümumilikdə, ötən dövr ərzində 18 qatar qum şırnağı ilə korroziyadan təmizlənərək, rənglənib. Onlardan 17-sinin vaqon salonunun döşəmə örtüyü və plastik təbəqəsi dəyişdirilib. Təmirə dayandırılmış son 9 qatarın salonu isə müasir LED işıqlanma sistemi ilə əvəzlənib. Bu isə öz növbəsində elektrik enerjisinin sərfinə qənaətdir. Artıq 8 qatarda maşinist kabinasının ön hissəsi dəyişdirilib.
“Bakı Metropoliteni”ndən bildirilib ki, qatarların ölkə xaricində deyil, məhz yerli şəraitdə əsaslı təmirinin təşkili külli miqdarda vəsaitə qənaətdir.
“Vaqonların nəqlinə, gömrük xərclərinə sərf olunan vəsaitlə yanaşı, təmirin yerli tələblərə uyğun aparılması, keyfiyyətinin artırılması və xərclərin azaldılması əsaslı səmərə verib. Bu, yeni iş yerlərinin açılması, yeni tipli səriştəli kadrların hazırlanması, vaqon təmiri və istehsalı sənayesinin, həmçinin elmi-praktik potensialın möhkəm özülünün yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edərək ölkə iqtisadiyyatına əsaslı dəstəkdir.
Onu da qeyd edək ki, yerinə yetirilən işlər daha 16 qatarın 3 saylı cari təmiri zamanı qum şırnağı ilə korroziyadan təmizlənərək rənglənməsinə də şərait yaradıb. «Nərimanov» elektrik deposunda tikilməkdə olan vaqonların əsaslı təmiri sexi isə bu sahədə kəskin dönüş yaradacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info