NDU-da doktorant və dissertantlar üçün elektron imtahan keçirilib
Tarix: 30.01.2017 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində doktorant və dissertantlar üçün elektron-test üsulu ilə informatika fənnindən növbəti minimum imtahanı keçirilib. Builki minimum imtahanında 14 nəfər elmi tədqiqatçı iştirak edib. AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris İnnovasiya Mərkəzinin sektor müdiri Sabirə Ocaqquliyeva və həmin mərkəzin proqramçısı Raqif İsmayılov imtahana nəzarət ediblər. Raqif İsmayılov əvvəlcə imtahan qaydaları haqqında məlumat verib. Sonra imtahan başlayıb. Doktorant və dissertantlar saat yarım ərzində 50 sualı cavablandırmalı olublar. İmtahan obyektiv və şəffaf keçirilib, iştirakçılar nəticələr haqqında elktron şəkildə dərhal məlumatlandırılıblar. Məlumat üçün qeyd edək ki, muxtar respublikada yaşayan doktorant və dissertantlar, eləcə də Naxçıvan Dövlət Universitetinin tələbələri və magistrləri 2011-ci ildən etibarən distant dərslərdə fəal iştirak edirlər. 2012-ci ildən isə universitetdə elektron imtahanlar keçirilir. Naxçıvan Dövlət Universiteti ilə AMEA İnformasiya Texnologiyaları İnstitutu arasında əldə olunmuş razılığa əsasən, imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün tədris ilinin əvvəlindən həftədə bir dəfə onlayn dərslər keçirilib. Burada informatikanın nəzəri və praktik əsasları AMEA İnformasiya Texnologiyaları İnstitutunun peşəkar mütəxəssisləri tərəfindən onlayn şəkildə tədris olunub, elmi fəaliyyətdə informasiya texnologiyalarından istifadə vərdişləri aşılanıb.
Mehriban Sultan




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Azərbaycanlı mütəxəssis beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıb
13.12.2018
“DaimOnline” kampaniyası daha iki universitetdə
13.12.2018
Azərbaycanın 6 ölkədə xarici turizm nümayəndəlikləri fəaliyyətə başlayacaq
13.12.2018
Beynəlxalq Əmək Təşkilatı əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə təlim kursu keçirib
13.12.2018
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info