“Rusiya ilə münasibətlərin bərpası məsələsinə qayıda bilərik”
Tarix: 30.01.2017 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


“Tiflis Moskva ilə müəyyən şərtlər altında diplomatik münasibətlərin bərpası məsələsinə qayıda bilər”.
 
“İzvestiya” nəşrinin verdiyi məlumata görə, bunu Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze  deyib. 
 
“Rəsmi Tiflis Cenevrə formatında danışıqları və Praqada praktiki məsələlər üzrə dialoqu davam  etdirməyə hazırdır”, - deyə o bildirib. 
 
Öz növbəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Z. Abaşidzenin bəyanatını alqışlayıb və bildirib ki, bu məsələdə  müsbət dəyişikliklər Tiflisdən asılıdır: “Bəlli olduğu kimi 2008-ci ildə diplomatik münasibətləri dayandıran Rusiya olmayıb. Tərəfimizdən onların bərpası üçün heç bir maneə olmayıb və yoxdur”. 
 
Qeyd edək ki, gələn ayın sonunda Rusiya ilə Gürcüstan nümayəndələri arasında görüş keçiriləcək. Görüşdə iqtisadi-ticarət əlaqələri, kommunikasiya və humanitar məsələlər müzakirə ediləcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info