Yerli müəlliflərin dini kitablarının sayının artırılması üçün tədbirlər həyata keçiriləcək
Tarix: 30.01.2017 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda dini maarifləndirmə ilə bağlı yerli müəlliflərin kitablarının sayının artırılması üçün xüsusi tədbirlər həyata keçirəcək. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov məlumat verib.
Gündüz İsmayılov deyib: “Təəssüf ki, bu gün Azərbaycanda çap olunan və idxal edilən dini kitabların, ədəbiyyatların böyük əksəriyyəti xarici müəlliflərdir. Yerli müəlliflərin bu sahədə kitabları hələ də azlıq təşkil edir. Ancaq ötən illərin müqayisəli təhlili göstərir ki, getdikcə yerli müəlliflərin kitabları kəmiyyət və keyfiyyət etibarilə artır”. O qeyd edib ki, bu sahədə Dövlət Komitəsi də sistemli işlər görür. Təkcə 2016-cı ildə Komitə tərəfindən milli-mənəvi dəyərlərimizin təbliği, dini radikalizmin fəsadları və s. mövzularda 50-ə yaxın kitab nəşr olunub. Bunların da mütləq əksəriyyəti yerli müəlliflərdir. Bu kitabların çapının məqsədi dini maarifləndirməni gücləndirmək, zərərli dini fəaliyyətə, radikalizmə, ekstremizmə qarşı mübarizə aparmaqdır.
Komitə sədrinin müavini vurğulayıb ki, son illər ölkəyə idxal olunan dini ədəbiyyatların içərisində zərərli dini kitabların sayı azalıb. Bunun əsas səbəblərindən biri odur ki, artıq hər kəs Azərbaycanda zərərli dini ədəbiyyatı yaymağın mümkün olmadığını başa düşür. Eyni zamanda, bununla bağlı kifayət qədər qanunvericilik bazası formalaşıb. İkinci səbəb odur ki, Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə, o cümlədən Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti ilə birgə əməkdaşlıq edərək ölkəyə zərərli dini ədəbiyyatların gətirilməsinə ciddi nəzarət həyata keçirir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info