“Aura” Sağlamlıq mərkəzində skvoş yarışı keçiriləcək
Tarix: 30.01.2017 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


5 fevral tarixində “Excelsior Hotel & Spa Baku” otelinin “Aura” Sağlamlıq mərkəzində skvoş yarışı keçiriləcək. “Aura” Sağlamlıq mərkəzində skvoş ilə peşəkarcasına məşğul olmaq üçün beynəlxalq standartlara uyğun 2 skvoş zalı var. Həmçinin, “Aura” Sağlamlıq mərkəzində stolüstü tennis, böyük tennis və skvoş idman növləri üzrə korporativ yarışların keçirilməsi üçün hər bir şərait var. Peşəkar təlimçilər bu idman növləri üzrə təlimlər də keçir.
Skvoş - idmanın raketkalı növüdür. Skvoşu iki nəfər və ya iki cütlük oynaya bilər. Bu gün skvoş ən nüfuzlu və populyar idman növüdür. Qapalı kortda skvoş oynayarkən raketka ilə topu növbə ilə divara elə vurmaq lazımdır ki, rəqib çaşsın və əvvəlki oyunçudan sonra onu qaytara bilməsin. Skvoş oyunu başqa idman növlərindən fərqli olaraq, tennisdə enerji sərfini 2-3 dəfə üstələyən intensiv enerji sərfi tələb edir. Bu oyun dözüm və hərəkətlərin koordinasiyasını inkişaf etdirir. Ona görə də skvoş fəal istirahət etmək və ya arıqlamaq, ya da sadəcə oyundan həzz almaq istəyənlərin oyunudur. Yarışın qaliblərinə sertifikat və hədiyyələr təqdim olunacaq. Qeyd edək ki, “Excelsior Hotel Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel Baku” mehmanxanası 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info