AVCİYA “Ermənistanın Azərbaycana təcavüzü media gündəmində” adlı yazı müsabiqə keçirir
Tarix: 30.01.2017 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən “Ermənistanın Azərbaycana təcavüzü media gündəmində” adlı yazı müsabiqə keçirilir. Müsabiqənin məqsədi Ermənistanın Azərbaycana təcavüzünün tarixi və mövcud durumunu elektron və çap kütləvi  informasiya vasitələrində geniş işıqlandırmaqdan, potensial oxucu və tamaşaçı auditoriyasının vətənpərvərlik ruhunu daha da yüksəltməkdən ibarətdir. Müsabiqədə elektron və çap kütləvi informasiya vasitələrinin təmsilçiləri, yaşından asılı olmayaraq müstəqil müəlliflər iştirak edə bilərlər.
Müsabiqə 2 nominasiyada keçirilir:1. Qəzet, jurnal və elektron saytlarda çap olunmuş məqalələr, müsahibələr;2. Televiziya və radioda getmiş veriliş, süjet və ya reportajlar.
Müsabiqədə 1 fevral 2017-ci ildən 30 iyun 2017-ci il tarixədək dərc olunmuş, nümayiş etdirilmiş və ya səsləndirilmiş məqalə, müsahibə, süjet, reportaj iştirak edə bilər (materiallar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək). Hər iştirakçı müsabiqəyə istənilən sayda məqalə, müsahibə, süjet və ya reportaj təqdim edə bilər. Təhlil səciyyəli materiallara üstünlük verilir. Müsabiqədə Azərbaycan, rus və ingilis dillərində dərc olunmuş məqalələr, televiziya və ya radioda göstərilmiş (səsləndirilmiş) veriliş, süjet və reportajlar iştirak edəcək.
Müsabiqəyə göndərilən materiallar aşağıdakı kimi tərtib olunmalıdır:
– Çap Kütləvi İnformasiya Vasitələri:
Məqalə qəzetdən və ya jurnaldan skaner edilərək, yaxud saytdan linki elektron poçta göndərilir.
– Televiziya:
Materialın internetdəki linki elektron poçta göndərilir.
– Radio:
Materialın internetdəki linki elektron poçta göndərilir.
– İnternet nəşrlər:
Materialın linki elektron poçta göndərilir.
– Elektron poçta göndərilmiş materialda aşağıdakılar göstərilməlidir:
Məqalənin, müsahibənin, verilişin, süjetin, reportajın adı,
Müəllifin adı, soyadı və atasının adı,
əlaqə telefonu (mobil və ya ev telefonu nömrəsi) və elektron poçt ünvanı,
anadan olduğu tarix (il, ay və gün).
Dərc olunmuş media orqanının adı.
Müsabiqəyə göndərilmiş materiallara rəy verilmir.
Müsabiqəyə 2017-ci ilin iyun ayının 30-da yekun vurulacaq. Müsabiqə qaliblərinə aşağıdakı məbləğdə pul mükafatları və diplomlar təqdim olunacaq: 2 – I yer – 750 manat, 2 – II yer – 500 manat,4 – III yer – 250 manat.
Müsabiqəyə təqdim ediləcək materiallar musabiqe@avciya.az elektron ünvanına göndərilməlidir.
 Əlaqə telefonu: 050 244 20 76

Fuad






 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Azərbaycanda doğum evlərində yeni standartlar tətbiq ediləcək
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info