“Dövlət proqramları çərçivəsində 20-yə yaxın elektrik stansiyası tikilib”
Tarix: 30.01.2017 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


“Azərbaycan dövləti enerji təhlükəsizliyi sahəsində davamlı siyasət həyata keçirilib. Nəticədə, “Azərenerji” ASC tərəfindən bu dövr ərzində iqtisadi inkişafın tələblərini və əhalinin elektrik enerjisinə olan tələbatını təmin etmək istiqamətində iqtisadi rayonlar üzrə ümumi gücü 2300 meqavatdan artıq müasir texnologiyaların tələblərinə cavab verən 20-yə yaxın elektrik stansiyası tikilmiş, 10 minlərlə km elektrik verilişi xətləri və bir çox yarımstansiya tikilib və ya yenidən qurulub”. Bu fikirləri “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı “Palitra”ya bildirib.
Onun sözlərinə görə, məhz bu davamlı inkişaf konsepsiyasının tərkib hissəsi olan Dövlət Proqramından irəli gələn vəzifələrin və funksiyaların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün “Azərenerji” ASC hər il tədbirlər planına uyğun olaraq kompleks işlər görür: “Hazırda isə “Azərenerji” ASC bu Dövlət Proqramında qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirmək üçün ölkənin enerji sistemində yeni güclərin yaradılması, yeni istilik və su elektrik stansiyalarının tikintisi, ötürücü şəbəkələrin tikintisi və yenidən qurulması, regionlarda mövcud enerji bloklarının modernizasiyası işlərinin davam etdirilməsi kimi layihələr üzərində işləyir. Məlumdur ki, respublikamızın enerji təklükəsizliyinin daha da möhkəmləndirilməsi, bu sahədə səmərəliliyin və dayanıqlığın daha da gücləndirilməsi nöqteyi-nəzərindən yaxın və uzaq perspektiv üçün ölkədə elektrik enerjisi hasilatının artırılması, şəhər və rayonların elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi, o cümlədən yüksək gərginlikli elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması işlərinin həyata keçirilməsi vacib əhəmiyyət kəsb edir. “Azərenerji” ASC hər il olduğu kimi, 2017-ci ildə də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə işləri tədbirlər planına uyğun davam etdirməkdədir”.

Fuad







 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info