“Azərbaycanlılarla birgə Xocalı soyqırımı məsələsini beynəlxalq təşkilatlarda qaldırmağa hazırıq”
Tarix: 30.01.2017 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


“Azərbaycan prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımları dəstəkləyirik. Azərbaycanın çəkdiyi ağrılara, üzləşdiyi faciələrə acıyırıq”.
 
Bunu APA-ya açıqlamasında Moldova parlamentinin Xarici əlaqələr və Avropaya inteqrasiya komissiyasının sədr müavini, deputat Sergi Stati bildirib.
 
”ATƏT-in Minsk qrupunun fəaliyyətini aktiv olması şərti ilə dəstəkləyirik”, - deyə o vurğulayıb.
 
S. Stati hazırda Moldova parlamentində Xocalı soyqırımı ilə bağlı hər hansı sənədin müzakirə olunub-olunmaması ilə bağlı qəti fikir bildirməsə də, vurğulayıb ki, Moldova bu məsələdə Azərbaycanın səylərinə dəstək verir və müxtəlif beynəlxalq qurumlarda bundan sonra dəstəyini davam etdirəcək: “Bütün hallarda Xocalıda azərbaycanlıların başına faciə gəlib və biz bunu bilirik. Buna hüquqi qiymətin verilməsi vacibdir. Xocalı elə bir hadisədir ki, təkrarlanmaması üçün ona hüquqi qiymət verilməlidir. Şəxsən biz azərbaycanlı həmkarlarımızla birgə bu məsələni beynəlxalq təşkilatlarda qaldırmağa hazırıq”.
 
S. Stati Azərbaycan-Moldova parlamentlərarası əlaqələrin güclü olduğunu da bildirib: “AŞPA, GUAM PA və ATƏT PA-da sıx əməkdaşlığımız var. Digər çərçivələrdə də əlaqələrimiz var. Hər iki ölkənin parlamentində dostluq qrupları yaradılıb və fəaliyyət göstərir”.
 
Deputat Moldovada azərbaycanlıların fəallığından də danışıb: “Bizim ölkənin iqtisadi, ictimai həyatında azərbaycanlıları çox aktivdir. Təəssüf ki, hazırda parlamentimizdə milliyyətcə azərbaycanlı yoxdur, amma Moldovada buna layiq azərbaycanlılar çoxdur və onların seçilmək istəyi istəyi olsa, bundan məmnun olarıq”. 




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info