2016-cı il bakılıların yaddaşında hansı hadisələrlə qaldı ?
Tarix: 30.01.2017 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


“ACT Azərbaycan” 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində sorğu aparıb Sorğunun nəticələrini təqdim edirik:

“Yola saldığımız 2016-cı il dünyada bir çox hadisələrlə yadda qaldı. Bəs görəsən beynəlxalq aləmdə baş verənlərə bakılıların münasibəti necədir ? Paytaxt sakinləri hansı hadisələri 2016-cı ilin unudulmazları sırasında görüblər ? 
Rəyi soruşulmuş paytaxt sakinlərinin 29 %-i üçün ilin əsas hadisəsi Suriya və onun ətrafında baş verənlər olub. Yaxın Şərq münaqişəsinin adını çəkənlər əsasən 65 və daha çox yaşı olan ahıl nəslin nümayəndələridir (38 %). Kişi respondentlərin arasında 2016-cı ildə ən çox yadda qalan (32 %) hadisə də məhz Suriya böhranıdır. 

Türkiyədə hərbi çevrilişə cəhd də paytaxt sakinlərinin diqqətindən yayınmayıb (28 %). Əsasən orta nəslin nümayəndələri (45-54 yaş aralığı) çevriliş cəhdini ilin hadisəsi adlandırıblar (41 %). Və maraqlısı budur ki, bu qadın respondentlərin 2016-cı ildə ən çox xatırladığı hadisədir (30 %).

Terror aktları da ötən ili xatırlayanların siyahısında top beşliyə düşməyi bacarıb. Bakı respondentlərinin beşdə bir (19 %) 2016-cı ili daha çox terror hadisələri ilə assosiasiya etdiklərini bildiriblər. 

ABŞ-da keçirilən prezident seçkiləri də bakılıların diqqətindən yayınmayıb. Rəyi soruşulan sakinlərin 18 %-i Donald Tramp və Hillari Klinton arasındakı seçki marafonunu ilin ən xatırlanan hadisəsi hesab edib. Xüsusən gənc nəslin nümayəndələri (18-24 yaş aralığı) ABŞ-da baş tutan seçkilərə diqqət ayırıblar (26%).

İlin sonunda Ankaradakı Rusiya səfiri Andrey Karlovun öldürülməsi 17 % , İŞİDİ-in fəaliyyəti isə 12 % respondentin ən yadda qalan hadisələridir. 

Sorğu 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında Memorandum imzalanıb
18.03.2019
Dənizçilər Cocuq Mərcanlıda olublar
18.03.2019
“QALA“ Yunanıstanda Novruz tədbirlərinə start verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info