Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa edir?
Tarix: 31.01.2017 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Gürcüstan baş nazirinin səlahiyyətli nümayəndəsi:
“Müəyyən şərtlər daxilində diplomatik münasibətlərin bərpası məsələsi Praqa danışıqlarında gündəmə gələ bilər”

Fevral ayında Praqada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə Gürcüstan baş nazirinin səlahiyyətli nümayəndəsi Zurab Abaşidze arasında görüş keçiriləcək. Ötən ilin sonunda tərəflər təsdiq etdilər ki, ikitərəfli münasibətlərin nizamlanmsı istiqamətində danışıqları davam etdirəcəklər. Hətta Rusiya dövlət başçısı Putin mətbuat konfransında bəyan etdi ki, Gürcüstan vətəndaşları üçün vizaların ləğv edilməsi vacib məsələ kimi gündəmdədir.
“İzvestiya” nəşri yazır ki, humanitar, mədəniyyət və nəqliyyat sahəsində aparılan danışıqlarda heç bir problem yoxdur və cari il ərzində qeyd edilən sahələrdə ciddi nəticələr əldə edilə bilər. Rusiya ilə Gürcüstan arasında yeganə diplomatik format Abaşide-Karasin görüşüdür. Tərəflər nəşrə bildiriblər ki, Praqa görüşündə diplomatik münasibətlərin bərpa olunması ilə bağlı danışıqlar aparılmayacaq. Abaşidze qeyd edib ki, Praqada ticarət-iqtisadi münasibətlər, nəqliyyat-infrastruktur və humanitar problemlər müzakirə ediləcək: “Biz konkret məsələlər ətrafındı müzakirələr aparırıq. İkitərəfli münasibətlər üçün çətin olan Abxaziya və Cənubi Osetiya ilə bağlı məsələlər Cenevrə beynəlxalq formatında müzakirə edilir”. Abaşidze Putinin ötən ilin sonunda xatırlatdığı viza məsələsi ilə bağlı məsələyə də aydınlıq gətirib: “Viza məsələsində top Rusiyanın tərəfindədir. Gürcüstan vətəndaşları üçün viza məsələsində qaydaların yumşaldılması münasibətlərin yaxşılaşması istiqamətində müsbət addım ola bilər. Biz Rusiya vətəndaşları üçün vizanı 2011-ci ildə ləğv etmişik və ruslar vizasız şəkildə bir il ərzində ölkədə qala bilərlər. Bu qayda başqa ölkələrə də şamil olunub və bunun nəticəsində ölkəyə gələn turistlərin sayı çoxalıb ki, onların da 1 milyonu Rusiya vətəndaşları olub”. Abaşidze viza məsələsi ilə iki dövlət arasında diplomatik münasibətlərin bərpasının eyniləşdirməiyn əleyhinə olduqlarını bildirib. Xüsusi təmsilçinin fikrincə, müəyyən şərtlər daxilində diplomatik münasibətlərin bərpası məsələsi Praqa danışıqlarında gündəmə gələ bilər: “Rəsmi Tiflis Cenevrə formatında danışıqları və Praqada praktiki məsələlər üzrə dialoqu davam etdirməyə hazırdır”. Öz növbəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Abaşidzenin bəyanatını alqışlayıb və bildirib ki, bu məsələdə müsbət dəyişikliklər Tiflisdən asılıdır: “Bəlli olduğu kimi, 2008-ci ildə diplomatik münasibətləri dayandıran Rusiya olmayıb. Tərəfimizdən onların bərpası üçün heç bir maneə olmayıb və yoxdur. Sadəcə, biz hansı sahədə münasibətləri inkişaf etdirə biləriksə, o sahələr üzrə işləməyə üstünlük veririk. Belə sahələr az deyil-iqtisadiyyat, nəqliyyat, mədəniyyət sahəsində əməkdaşlığı genişləndirmək üçün böyük potensial var. İndiyə qədər əldə etdiyimiz razılıqlar hər iki tərəfin marağına uyğundur”.
Anar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info