Neftin qiyməti bu yay 65 dollara çatacaq
Tarix: 31.01.2017 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatın azaldılması strategiyası davam edəcəyi təqdirdə neftin bir barelinin qiyməti bu yay 65 dollara çatacaq.
Bu barədə dünyanın ən böyük banklarından olan “JP Morgan” məlumat yayıb. Bank hesab edir ki, neft qiymətinin 2018-ci ildə də 60 dollar/bareldən baha olması üçün isə OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrin neft hasilatının azaldılması sazişi 2017-ci ilin 3-cü rübünü və sonrakı dövrü əhatə etməlidir. Lakin indiki şəraitdə bu real görünmür. Rusiya Federal Statistika Xidməti xəbər verir ki, ölkənin neft ixracı ötən ilin 11 ayında 2015-ci ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artaraq 233,2 milyon tona çatıb. Həmin dövrdə ölkənin ümumi ixracında neftin payı 26,5 faizdən 26,1 faizə geriləyib, bütün enerji məhsullarının ümumi ixracdakı payı isə 41,6 faizdən 44,8 faizə yüksəlib. Ötən ilin noyabr ayında 1 ton neftin qiyməti 326,4 dollar, qlobal bazarlarda “Ural” markalı neftin 1 tonunun qiyməti isə 320,3 dollar olub.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür
25.05.2019
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25.05.2019
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info