Almaniya Çinlə yaxınlaşmağa başlayıb
Tarix: 31.01.2017 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Angela Merkelin şəxsi dəvəti ilə Çinin baş naziri Li Kesyanın Almaniyaya səfəri gözlənilir

Berlinlə Pekin arasındakı münasibətlər uzun müddət idi ki, gərgin idi. Lakin son dövrlər Çin Berlinin simasında özünə gözlənilməz müttəfiq tapıb. ABŞ prezidenti seçilən Donald Trampın siyasəti Almaniya ilə Çini yaxınlaşdırmağa başlayıb.
Trampın siyasəti nəticəsində bazarlar ləğv olunacağı təqdirdə, böyük ehtimalla Avropa Çin ssenarisinin bir hissəsi olacaq. Məlum olub ki, Angela Merkelin şəxsi dəvəti ilə Çinin baş naziri Li Kesyanın Almaniyaya səfəri gözlənilir. Görüş zamanı tərəflər arasında münasibətlərin inkişafı və qlobal ticarət məsələləri müzakirə ediləcək. Burada maraqlı məqam odur ki, bu iki ölkə bir müddət bundan əvvəl, az qala, ticarət müharibəsinin astanasında idilər. Xatırladaq ki, iki ölkə arasında problem Almaniya hökumətinin Çinin “Midea Group of China” şirkətinin yerli “Kuka” robot kompaniyasına sahib olmasının qarşısını almaq üçün maneələr yaratması ilə başlamışdı. Berlin “Kuka”ya Avropada alıcı axtarışına çıxsa da, kampaniyanı sonda Çin şirkəti almışdı. “Kuka”nın yeni çinli sahibləri tərəfindən istehsal edilən məhsulunu Almaniya dövləti öz təhlükəsizliyi üçün təhdid hesab edirdi. Hətta vəziyyət alman diplomatlarının Çin Xarici İşlər Nazirliyinə dəvət edilməsinə səbəb olmuşdu. Diplomatlara Almaniya hökumətinin Çin iş adamları ilə bağlanmış müqaviləyə maneçilik törətməsinə görə narazılıq çatdırılmışdı. Amma ABŞ-ın yeni prezidentinin niyyətini hiss edən dünyanın ən böyük ixracatçıları Çin və Almaniya artıq barışıq nümayiş etdirirlər. Ötən il ixracı azalan Çin Trampsız qloballaşma ideyasını müdafiə etməyə başlayıb. Çində hesab edirlər ki, bu, ölkə iqtisadiyyatını inkişaf etdirmək, yeni bazarlar əldə etmək üçün ən optimal yoldur. Çinin iş adamları dünyanın müxtəlif ölkələrində böyük şirkətlər almağa cəhd göstərirlər. Alman müxalifətinin müqavimətinə baxmayaraq, çinli sahibkarlar ötən il bu ölkədə də xeyli şirkətə sahib çıxıblar.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info