Ötən il şərab ixracı 3,5 milyon dollar təşkil edib
Tarix: 31.01.2017 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


“Ötən il şərab ixracı 3,5 milyon ABŞ dolları təşkil edib”. Bu barədə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında məlumat verib.
O deyib ki, ölkəmizin ayrı-ayrı bölgələrində üzümçülük sahələri genişləndirilir, yeni emal müəssisələri açılır, şərab istehsalının çeşidi isə artırılır. Daxili bazarda artıq yeni trend əmələ gəlir. İstehlakçılar ölkəmizdə istehsal olunan şərablara üstünlük verməyə başlayırlar. Bu sahənin inkişafına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 40 milyon manatadək güzəştli kredit verilib. “Şərablarımız xarici bazarlarda öz müştərilərini tapmağa başlayıb. Ötən il ixracımız 3,5 milyon ABŞ dolları təşkil edib. 2016-cı ildə təsdiq edilmiş ixracatçılara dəstək mexanizmləri və “Made in Azərbaycan” brendinin təşviqi tədbirləri şərab ixracatçılarına böyük stimul yaradıb. Belə ki, ötən ilin noyabr ayından bu günə kimi şərab və konyak məhsullarının ixracına görə 440 min manat məbləğində ixrac təşviqinin sahibkarlara ödənilməsinə dair müvafiq qərarlar qəbul edilib. Şərabçılarımız Çinə və Almaniyaya təşkil olunmuş ixrac missiyalarında, Belarusda işgüzar görüşlərdə, AZPROMO-nun təşkilatçılığı ilə çoxsaylı biznes-forumlarda iştirak edib, məhsullarını təşviq etmək imkanı qazanıb və uğurlu nəticələr əldə edib. Cari ildə isə dünyada ən önəmli sayılan Çin və Almaniyada keçirilən iki beynəlxalq şərab sərgisində Azərbaycanın vahid ölkə stendi altında iştirak edəcəyik, müxtəlif ixrac missiyaları ilə şərablarımızı ölkə xaricində tanıdacağıq”, - deyə E.Mədətov əlavə edib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info