Güzəştli mənzillə bağlı ictimaiyyət ətraflı məlumatlandırılacaq
Tarix: 31.01.2017 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Yasamal Yaşayış Kompleksinin layihələndirilməsi və tikintisi üzrə görülmüş tədbirlərin hesabatı dinlənilib. Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, hesabat Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası zamanı dinlənilib.
İlk növbədə, “MİDA” MMC-nin direktorunun ötən müddət ərzində cəmiyyət tərəfindən görülən işlər barədə hesabatı dinlənilib. Hesabat, əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin layihələndirilməsi və tikintisi üzrə görülmüş tədbirləri, ölkə başçısının 2016-cı il 16 noyabr tarixli fərmanı ilə təsdiq olunmuş “MİDA” MMC-nin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq satışına hazırlıq işlərini və bir sıra digər təşkilati məsələləri əhatə edib. Tədbir çərçivəsində, həmçinin “MİDA” MMC-nin 2017-ci ildə perspektiv inkişafının əsas istiqamətləri Müşahidə Şurası tərəfindən təsdiq olunaraq, bununla bağlı fəaliyyət planının hazırlanması və icrasının təşkili üzrə cəmiyyətə tapşırıqlar verilib. Qarşıya qoyulan əsas vəzifələr arasında cari ilin mayın 1-də istifadəyə veriləcək “Güzəştli mənzil” elektron sisteminin səmərəli fəaliyyətinin təmin edilməsi prioritet məsələlərdən biri kimi müəyyənləşdirilib. Bununla yanaşı, güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, qeydiyyat prosesi, tələb olunan sənədlər və ödəniş şərtləri ilə bağlı ictimaiyyətin ətraflı məlumatlandırılmasının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb, bu istiqamətdə müvafiq tapşırıqlar verilib. Eyni zamanda müraciət edən vətəndaşların məmnunluğu səviyyəsinin “MİDA” MMC-nin işinin əsas keyfiyyət göstəricilərindən biri olduğu vurğulanıb, vətəndaşlara göstəriləcək xidmətlərin müvafiq standartlara uyğun şəkildə təşkili ilə bağlı məsələlərə də toxunulub. Müşahidə Şurası tərəfindən, həmçinin daxili audit şöbəsinin işinin təşkili ilə bağlı bir sıra qərarlar qəbul edilib, habelə MMC-nin 2016-cı ildə maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparacaq təşkilatın seçilməsi ilə bağlı keçirilmiş kotirovka sorğusunun nəticələri dəyərləndirilərək, “PraysvoterhausKupers Audit Azərbaycan” şirkəti “MİDA”nın kənar auditoru qismində təyin edilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info