Tərtər çayı sahilində 5 hektar ərazidə yeni park salınır
Tarix: 31.01.2017 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


Keçən il erməni silahlılarının cəbhədə törətdikləri təxribatlara baxmayaraq, Tərtər şəhərində tikinti, abadlıq və quruculuq işləri davam etdirilib, infrastruktur layihələri həyata keçirilib.
Bu barədə Tərtər Rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr edilmiş hesabat yığıncağında məlumat verilib. Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Sahib Həsənovun məruzəsində bildirilib ki, ötən il Yeni Azərbaycan Partiyası rayon təşkilatı və Kənd Təsərrüfatı İdarəsi üçün yeni binaların, 100 yerlik uşaq bağçasının və şahmat məktəbinin tikintisi başa çataraq istifadəyə verilib, erməni silahlı qüvvələrinin aprel ayında artilleriya atəşi nəticəsində dağılmış mülki əhaliyə məxsus evlər bərpa edilib. Tərtər şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunub, 7 ədəd çoxmərtəbəli yaşayış binasının fasad hissəsi və giriş blokları rənglənib. Prospekt və küçələr asfaltlanıb, təmir-abadlıq işləri aparılıb. “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrası başa çatıb. Şəhər ərazisində müxtəlif gücdə 37 komplekt transformator məntəqəsi tikilib. Hazırda tarix-diyarşünaslıq muzeyinin inşasında son tamamlama işləri aparılır, Tərtər çayı sahilində 5 hektar ərazidə yeni park salınır. Yığıncaqda çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezidentin rayona göstərdiyi diqqət və qayğıdan danışıb. Diqqətə çatdırılıb ki, Tərtərin sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işləri, infrastrukturun yaxşılaşdırılması, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info