Cəza çəkməkdən azad edilmiş 8 170 nəfər şəxsə birdəfəlik müavinət ödənilib
Tarix: 31.01.2017 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Minimum aylıq əməkhaqqı məbləğinin artırılması ilə əlaqədar
həmin birdəfəlik pul müavinətinin məbləği də artıb


Ölkəmizdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik pul müavinəti ilə təmin olunur. 2016-cı ildə nazirlik tərəfindən birdəfəlik pul müavinəti ilə təmin edilən belə şəxslərin sayı 8 170 nəfər olub.
Onların hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli qədər, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib. Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən, ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib. Bununla əlaqədar penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər üçün birdəfəlik pul müavinətinin məbləği də 10,47 faiz artırılaraq cari ilin əvvəlindən 464 manata (116 x 4 = 464) çatdırılıb.
Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərə gələcəkdə əmək bazarına səmərəli inteqrasiya imkanlarının yaradılması yönündə aktiv məşğulluq tədbirləri də davam etdirilir. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğuluq Xidməti tərəfindən cəzaçəkmə müəssisələrində cəza müddəti başa çatmaqda olan 62 nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, habelə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 136 nəfər şəxs münasib işlərlə təmin olunub.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün inşa olunan 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisi işləri tamamlanmaq üzrədir. Yeni mərkəz qeyd olunan şəxslərin sosial adaptasiyası, sosial mühitə uyğunlaşdırılması, ümumən hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info