BANM-də “Schneider Electric” tədris mərkəzini qurub
Tarix: 31.01.2017 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


“Schneider Electric” şirkətinin Azərbaycandakı nümayəndəliyi Bakı Ali Neft Məktəbində (BANM) texnoloji proseslərin təhlükəsizliyini təmin etmək üçün instrumental vasitə olaraq Tricon (SIL-3) əsasında Triconex Demo avtomatlaşdırılmış sistemini qurub. BANM-in yeni kampusunda “Schneider Electric” şirkəti ilə yaradılan tədris mərkəzində bu sistemdən istifadə etməklə həm BANM-in tələbələri, həm də SOCAR-ın mütəxəssisləri üçün təlim proqramları nəzərdə tutulub.
Tədris mərkəzinin bu qurğu ilə təmin olunması təlimlərin keçirilməsi ilə yanaşı, burada tədrisə texniki və elmi-metodik dəstəyin verilməsi məqsədini nəzərdə tutur. Bu təlimlərdə iştirak gələcək mühəndislərə və neft şirkətinin işçilərinə Triconex Demo sistemi haqqında əsas biliklər əldə etməyə imkan verəcək. Həmçinin, mütəxəssislər mərkəzdə texnoloji proseslərin təhlükəsizliyinin avtomatlaşdırılması sahəsində ən müasir texnologiyalarla tanış olacaq və təhlükəsizlik texnikası sahəsində öz biliklərini artırmaq imkanı qazanacaqlar.
Triconex Demo istehsalatda, o cümlədən neft-qaz müəssisələrində texnoloji proseslərin təhlükəsizliyinin təmin edilməsi və qəzaların qarşısının alınması üçün müasir bir sistemdir. Qəzalara avtomatlaşdırılmış nəzarət sistemi 30 ilə yaxın istismar müddətində qurğularda nasazlığın yaranmasının qarşısını alır. Triconex Demo sistemi aşağıdakı alt sistemlərdən ibarətdir: qəza zamanı sistemin söndürülməsi, yanğından və qazdan qorunma, yanmanın idarə edilməsi, qazan və turbinlərin qorunması, nüvə təhlükəsizliyinə nəzarət, yüksək etibarlı qoruyucu təzyiq alt sistemi.
“Schneider Electric” şirkətinin Mərkəzi Asiya ölkələri üzrə prezidenti Əmrah Təkdəmirin sözlərinə görə, “Schneider Electric” Azərbaycan hökumətinin ölkəni müasir texnologiyalar, avadanlıqlar və xidmətlərlə təmin olunması səylərini hərtərəfli dəstəkləməyə çalışır. “Bu gün tələbələrə və yerli mütəxəssislərə müasir biliklərin və təcrübənin əldə olunmasında kömək göstərərək biz onlar üçün həmin biliklərin və texnologiyaların Azərbaycanda gələcəkdə reallaşdırılacaq layihələrdə istifadə olunmasına imkan yaradırıq. Ümid edirik ki, Triconex Demo sisteminin BANM-də istifadəyə verilməsi həmin məqsədə nail olunmasında və gələcək mühəndislərin hazırlanmasında kömək göstərəcək» - deyə, o, bildirib.
Nigar






 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info