Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər
Tarix: 31.01.2017 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən İctimai Şuranın üzvləri-təhsil ekspertləri, fəlsəfə doktoru Etibar Əliyev və Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə ediblər. İmtahan prosesini müşahidə etməzdən öncə ADPU-nun rektoru, professor Cəfər Cəfərov onlara rəhbərlik etdiyi ali təhsil müəssisəsindəki tədris prosesindən, həyata keçirilən islahatlardan, qarşıya qoyulan vəzifələrdən, eləcə də imtahanlara hazırlıq, onların təşkili və gedişi barədə geniş məlumat verib. Bildirib ki, təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı əmrin icrasını təmin etmək üçün ADPU-da da müvafiq əmrlər imzalanıb. Həmin əmrlər əsasında ADPU-da İmtahan Qərargahı və Apelyasiya Komissiyası, həmçinin fakültələr, Magistratura və doktorantura şöbəsi üzrə münaqişə komissiyaları yaradılıb, fakültə dekanlarının, kafedra müdirlərinin və digər struktur bölmələrin həyata keçirəcəkləri vəzifələr müəyyən edilib. ADPU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan hər bir şikayətin çevik şəkildə araşdırılıb lazımi tədbirlərin görülməsi, ictimai iştirakçılığın miqyasının genişləndirilməsi universitet rəhbərliyinin diqqət mərkəzindədir. Rektor qeyd edib ki, cari tədris ilində ADPU-ya qəbul olunmuş I kurs tələbələrinin və arzu edən digər kurs tələbələrinin kollokvium və semestr imtahanları yazılı qaydada aparılır. Məqsəd tədrisin keyfiyyətini yüksəltmək, şəffaflığı və obyektvliyi təmin etmək, eyni zamanda tələbə-gənclərin məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə və onların yazı mədəniyyətinin formalaşmasına kömək etməkdir. İmtahan rəhbərləri və nəzarətçi-müəllimlər qeyri-ixtisas sahibləridir. Yazılı imtahanların yoxlanılması üçün xüsusi otaq ayrılıb. Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir və yoxlanılır. Günün sonunda isə bütün imtahanlarının nəticələri ADPU-nun İnternet saytına yerləşdirilir. İmtahandan aldığı qiymətlə razılaşmayan tələbələr fakültələr və universitet üzrə yaradılmış münaqişə komissiyalarına, həmçinin İmtahan Qərargahına müraciət edirlər. Digər kurslar isə VTS-TEST sistemi üzrə Kompüter Mərkəzində imtahan verirlər. Universitetdə hər gün yazılı qaydada və test üsulu ilə təxminən 4 minə yaxın tələbə imtahan verir. Tələbələrin böyük əksəriyyəti yazılı qaydada keçirilən imtahanlarda iştirak edir.
Sonra təhsil ekspertləri Etibar Əliyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov rektor Cəfər Cəfərovla birlikdə imtahan zallarında, İmtahan Qərargahı və Apelyasiya Komissiyasında, həmçinin imtahan yoxlama otağında olaraq imtahan və qiymətləndirmə prosesini izləyiblər. Onlara məlumat verilib ki, İmtahan Qərargahına və Apelyasiya Komissiyasına edilən müraciətlər operativ şəkildə, diqqətlə araşdırılır və müvafiq qərarlar qəbul edilir. Təhsil ekspertləri tələbələr arasında sorğu keçirərək onların universitetdə imtahan prosesinin təşkili və biliyin qiymətləndirilməsi ilə bağlı fikirlərini öyrəniblər. Sonda ADPU-da imtahanların təşkilini yüksək qiymətləndirən təhsil ekspertləri imtahan sessiyasının mütəşəkkil təşkil olunduğunu, tələbələrin biliyinin qiymətləndirilməsi zamanı şəffaflığın və obyektivliyin təmin edildiyini bildiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info