Ağdamda alpaqut döyüş sənəti üzrə seminar keçirilib
Tarix: 31.01.2017 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Azərbaycan Alpaqut Federasiyasının Regional məsələlər üzrə vitse-prezidenti Ərşad Həsənovun rəhbərliyi ilə Ağdam rayonunda alpaqut döyüş sənəti üzrə seminar keçirilib. Ağcabədi, Şəmkir, Kürdəmir, Bərdə, Yevlax rayonlarından da müəllimlərin və idmançıların iştirak etdiyi seminara 100-ə yaxın yeniyetmə və gənc idmançı qatılıb. Ağdam rayon sakinləri tərəfindən də maraqla qarşılanan seminarda alpaqut döyüş sənətinin tarixindən söz açılıb, döyüş şəraitində yaşayan bir ölkədə hərbi idman sənəti olan alpaqutun inkişaf etdirilməsinin zərurəti vurğulanıb. Seminarın təşkilati məsələlərində xüsusi rolu olan Alpaqut Federasiyasının Ağdam filialının rəhbəri Ruslan Quliyev də bu idman növünün - türkün qədim döyüş sənətinin rayonlarında təbliğinə, yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasına xüsusi önəm verdiklərini bildirib. Seminarda iştirak edən müəllimlər və gənclər üçün alpaqut idman növü barədə ətraflı məlumat verilib, döyüş texnikaları əyani nümayiş olunub.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı
14.02.2019
Binəqədi RİH yanında İctimai Şura Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info