Fransa polisi ölkə parlamentində axtarış aparıb
Tarix: 01.02.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Fransa polisi dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı cinayət işinin istintaqı çərçivəsində ölkə parlamentində axtarış aparıb. TASS-ın xəbərinə görə, müstəntiqlər prezidentliyə namizəd Fransua Fiyonun həyat yoldaşının adının hallandığı cinayət işinə (“Penelopa Fiyonun işi”) aid sənədləri axtarıb.
İstintaqın qənaətinə görə, həmin sənədlərdə F. Fiyonun baş nazir olduğu zaman həyat yoldaşına hansı məbləğdə maaş təyin etdiyi göstərilir. Fransa mətbuatının apardığı araşdırma nəticəsində məlum olub ki, Penelopa Fiyon bir neçə il ərzində F. Fiyonun parlamentdə köməkçisi olub və buna görə məvacib alıb. Konkret iş görməyən P. Fiyon bu müddət ərzində 500 min avro alıb. Fransa prokurorluğu məsələ ilə bağlı istintaqa başlayıb. F. Fiyon və həyat yoldaşı ayrılıqda 5 saat ərzində müstəntiqlərin suallarını cavablandırıblar.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info