“Azərbaycanın Avrasiyanın tranzit-nəqliyyat mərkəzinə çevrilmək şansı yüksəkdir”
Tarix: 01.02.2017 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


“Nezavisimaya qazeta”:
“Yeni İpək Yolu” Azərbaycana yüksək gəlir və iş yeri qazandırmaq imkanına malikdir”

Azərbaycan, Gürcüstan və Türkiyə yeni dəmir yolu xəti olan Bakı-Tbilisi-Qars xəttinin tezliklə istifadəyə verilməsinə hazırlaşır. Şərqdən-Qərbə uzanacaq bu yeni dəmir yolu xəttinin işə düşməsi yeni nəqliyyat dəhlizinin yaranmasını təmin edəcək.
Bir müddət əvvəl Çindən yola çıxan qatar Rusiya ərazisi vasitəsilə Britaniyaya çatıb. Bu, Çindən çıxan və 12 min km yolu 18 günə qət edərək Londona çatan ilk qatar olub. “Şərq küləyi” Qazaxıstan, Rusiya, Belarus, Polşa, Almaniya, Belçika, Fransa və La-Manş tunelindən keçərək Britaniyaya çatıb. 34 vaqondan ibarət olan qatar adaya 68 yük konteyneri çatdırıb. Bundan sonra həmin istiqamət üzrə həftədə bir dəfə qatar reysinin həyata keçirilməsi nəzərdə tutulur. Qatar Avropadan Çinə taxta-şalban, ət, çaxır və bir sıra digər ərzaq məhsulları aparacaq. “Nezavisimaya qazeta” nəşri yazır ki, bu qatarın işə düşməsindən sonra Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi- Qars dəmir yollu xəttinin inşası prosesini sürələndiriblər. Nəşr yazır ki. Azərbaycan tərəfində heç bir problem yoxdur. Gürcüstan isə ötən ilin sonunda test həyata keçirib və praktik olaraq işlər yekunlaşıb.

“Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Şimal-Cənub nəqliyyat dəhlizi qeyri-neft sektorunu inkişaf etdirməyi qarşısına məqsəd qoyan rəsmi Bakının iqtisadi siyasətində prioritet yer tutur”

Qeyd edilir ki, çətin hava şəraitinə baxmayaraq Türkiyə ərazisində də işlər sürətlə davam etdirilir. Türkiyənin baş naziri Binəli Yıldırım bir neçə dəfə bəyan edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ilin ilk kvartalında istifadəyə veriləcək. “TRT Haber” Yıldırıma istinadən qeyd edir ki, dəmir yolu xəttinin Türkiyə ərazisinə düşən hissəsində tikinti işləri demək olan ki, son mərhələdədir. Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolunda işlərin 95 faizi yekunlaşıb. O bildirib ki, hazırda Bakı-Tbilisi-Qars dəmir yolunda işlər fasiləsiz sutka ərzində davam etdirilir: “Hava şəraitinə baxmayaraq bu istiqamətdə dayanmadan çalışırıq. Qarşıdakı aylarda bu dəmir yolu istiqamətində sınaqlara başlayacağıq”. Qeyd edək ki, hazırda Türkiyədə mövcud olan 30 dərəcəlik şaxtalı hava şəraitində tikinti işləri eyni vaxtda dörd fərqli istiqamətlər üzrə aparılır. “Nezavismaya qazeta” yazır: “O ki, qaldı Bakıya, burada işlər çoxdan qurtarıb və Azərbaycan çoxdan Asiyadan Avropaya gedəcək yükləri qəbul etməyə hazırdır. Çindən Britaniyaya Rusiya ərazisi ilə yüklərin çatdırılması Azərbaycanın öz ərazisi vasitəsilə dəmir yolu yüklərinin daşınmasını artırmaq planına mane olmayacaq.

Türkiyəli nazir:
“Bakı-Tbilisi-Qars dəmir yolunda işlərin 95 faizi yekunlaşıb”


Ekspertlər qeyd edir ki, Azərbaycan Çinin reallaşdırmaq istədiyi “Yeni İpək Yolu Kəməri” layihəsində aktiv iştirak etmək niyyətindədir. Bu layihə nəinki Qərbi Avropa, eləcə də Şərqi və Cənubi Asiya ilə bağlantı yaratmağı da nəzərdə tutur. Türkiyə kimi ölkə üçün öz məhsullarını Asiyaya ixrac etmək çox vacibdir. Bunu isə Azərbaycan ərazisi vasitəsilə etmək daha sərfəlidir. Bu, təkcə Türkiyəyə aid deyil, bu istiqamətə üstünlük verən dövlətlərin sayı çoxdur. Əlverişli geosiyasi mövqe Azərbaycana Şərqlə Qərb arasında körpü olmağa imkan yaradır. Digər tərəfdən region əlverişli ixrac-idxal imkanlarına malikdir. Ona görə də “Yeni İpək Yolu” Azərbaycana yüksək gəlir və iş yeri qazandırmaq imkanına malikdir. Bu istiqamət üzrə yüklərin artacağı nəzərə alınsa, onda Bakı-Tbilisi-Qars xətti ilə daşımada heç bir problem olmayacaq. Ekspertlər hesab edir ki, bu dəhlizin buraxılış gücü illik 17 milyon ton olacaq. Birinci mərhələdə 5 milyon yük daşınacaq, amma bu göstəricini 20 milyon tona da çatdırmaq mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Şimal-Cənub nəqliyyat dəhlizi qeyri-neft sektorunu inkişaf etdirməyi qarşısına məqsəd qoyan rəsmi Bakının iqtisadi siyasətində prioritet yer tutur. Bu siyasət nəticəsində perspektivdə Azərbaycanın Avrasiyanın tranzit-nəqliyyat mərkəzinə çevrilmək şansı yüksəkdir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info