“Ermənistanı yaxın gələcəkdə fəlakət gözləyir”
Tarix: 01.02.2017 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Ermənistanın Sosial Araşdırmalar Mərkəzi: “Ölkədə təhsil alan tələbələrin 30 faizindən çoxu ölkəni tərk etmək barədə düşünür”

Korrupsiya girdabında çabalayan Ermənistan hakimiyyəti əhalinin xaricə köç etməsinin qarşısını almaqda acizdir. Bunu “Joxovurd” nəşrində dərc edilən yazı da sübut edir. Ermənistanda qeyri-qanuni miqrasiya hallarının sayının artdığını bildirən nəşr yazır ki, 34 Ermənistan vətəndaşına verilmiş saxta viza sənədlərinin üzə çıxması bu sahədə vəziyyətin nə qədər biabırçı olduğunu göstərir.
Bəlli olub ki, ABŞ-da daimi sığınacaq əldə etmək istəyən həmin şəxslər özlərini Ermənistanın mahnı və rəqs ansamblının üzvləri kimi təqdim ediblər. “Armenianreport” yazır ki, Ermənistandan qaçmaq üçün müxtəlif saxta variantlardan yararlanmağa çalışanların sayı bununla yekunlaşmır. 200-dən artıq erməni vətəndaşın saxta sənədlərlə Şengen vizası əldə etməyə cəhd etməsi də onların Ermənistandan canlarını qurtarmaq üçün hər yola əl atdıqlarının nümunəsidir. “Armenianreport” yazır: “Reallıq isə budur ki, Sərkisyan hakimiyyəti ölkədəki ağıq sosial-iqtisadi şərait fonunda miqrasiyanın qarşısını almaqda acizdir. Yerli əhali ölkədən qaçmaq üçün bütün şanslardan yararlanmağa çalışır.

“Joxovurd”: “34 nəfərin ABŞ-da daimi sığınacaq əldə etmək üçün özlərini Ermənistan mahnı və rəqs ansamblının üzvləri kimi təqdim etdiyi üzə çıxıb”

Ermənistanın Sosial Araşdırmalar Mərkəzi müəyyən edib ki, ölkədə təhsil alan tələbələrin 30 faizindən çoxu ölkəni tərk etmək barədə düşündüyünü etiraf edib. Erməni tələbələr təhsillərini başa vurduqdan sonra işsiz qalacaqlarına əmin olduqlarını bildiriblər. Hətta nikbin görünüşlü erməni gəncləri belə, artıq Ermənistanın perspektivli gələcəyi barədə deyilənləri xülya kimi qəbul edirlər. Ermənistan hakimiyyət, miqrasiya mexanizmini sərtləşdirmək əvəzinə, ölkə əhalisinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən addımlar atmalıdır. Miqrasiya mexanizmini sərtləşdirmək saxtakarlıq və korrupsiya üçün geniş imkanlar yaradır. Axı saxta sənəd təqdim edən sadə erməni vətəndaşının buna dövlət rəsmisinə verdiyi rüşvət hesabına nail olduğunu unutmaq da lazım deyil. Yaşlı nəsil, yəqin ki, sovet təyyarəsini xaricə qaçırmağa cəhd edən Oveçkinlər ailəsini xatırlayır. İrkutskda yaşayan bu ailə üzvləri o dövrlər ittifaqda “Yeddi Simeons” adı ilə məşhur olan ansamblı təşkil etmişdilər. 1988-ci ildə ittifaqdan qaçmaq üçün “Tu-154” təyyarəsini ələ keçirməyə cəhd edən bu ailənin sonu faciə ilə sonuclandı. Nə qədər ki, Ermənistanın hakimiyyət orqanları yerli sakinlər barədə düşünməyib, yalnız xarici hesablarını doldurmaqda davam edir, oxşar taleni yaxın gələcəkdə Ermənistan da yaşayacaq”
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info