“Filiallarda istehsal ediləcək xalçalar Avropa bazarına ixrac olunacaq”
Tarix: 01.02.2017 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


“Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarının sayının bu il 10-a çatdırılacağı ilə bağlı səsləndirdiyi fikir olduqca təqdirəlayiqdir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Azərxalça” ASC İdarə Heyətinin sədri Vidadi Muradov deyib. O bildirib ki, “Azərxalça” Prezidentin müvafiq Sərəncamına əsasən 10 rayonda xalçaçılıq filialları açacaq. İlk olaraq artıq Füzuli rayonunun Horadiz qəsəbəsində xalça emalatxanası fəaliyyət göstərir. Mart ayının sonunda Şəmkir rayonunda da bir filialımız hazır olacaq. Ondan sonra bu ilin sonunadək digər 8 rayonda - Tovuz, Ağstafa, Qazax, Quba, Xaçmaz, Qəbələ, İsmayıllı və Ağdam rayonlarında filiallar açılacaq. Bununla da hər bir filialda 150 nəfər toxucu daimi iş yeri ilə təmin olunacaq. Bu filiallarda istehsal olunacaq məhsulların satış məsələsinə toxunan Vidadi Muradov bildirib ki, bununla bağlı heç bir problem yoxdur. Bu ilin yanvar ayının 14-dən 17-dək Almaniyanın Hannover şəhərində keçirilən DOMOTEX beynəlxalq satış sərgisində iştirak etdiklərini söyləyən sədr avropalıların Azərbaycan xalçasına olan marağının şahidi olduqlarını deyib. Bildirib ki, hazırlanan məhsullar Avropa bazarına ixrac olunacaq və bununla da ölkəmizə valyuta gələcək. “Azərxalça” ASC-nin filiallarında artıq bir neçə aydır tədris kurslarının təşkil edildiyini vurğulayan Vidadi Muradov deyib ki, bu filiallar hazır olub istifadəyə veriləndən sonra həmin kursu bitirənlər orada işləməyə başlayacaqlar.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info