“Beş il ərzində gənclərlə bağlı layihələrə 24 milyon dollardan artıq xərclənib”
Tarix: 01.02.2017 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


“Beş il ərzində Azərbaycanda gənclərlə bağlı layihələrə 24 milyon dollardan artıq xərclənib”. Gənclər və idman naziri Azad Rəhimov bu barədə BMT-nin Xəbərlər Xidmətinə müsahibəsində məlumat verib. Nazir Nyu-Yorkda, BMT-nin qərargahında keçirilən Gənclər Forumunda iştirak edir. Dünyanın 70 ölkəsindən olan gənclərin nümayəndələrinin və nazirlərin iştirak etdiyi bu görüşün əsas mövzusu yoxsulluğa qarşı mübarizədə, yəni davamlı inkişafın birinci hədəfinə nail olmaqda gənclərin rolu
məsələsidir.

Nazir deyib: “Biz fəxr edirik ki, Prezident yanında Gənclər Fondu çox fəal iş aparır. Təkcə bu il gənclərlə bağlı min layihə üçün təqribən 3 milyon dollar vəsait ayrılıb. Bizdə layihələr bir neçə kateqoriyaya bölünür. Onlar fiziki şəxsin təşəbbüsü də ola bilər, yəni gənc oğlan və ya qız müəyyən tədbir keçirmək üçün sifariş vermək və müvafiq qrant qazanmaq imkanına malikdir”. Azad Rəhimov onu da vurğulayıb ki, Azərbaycanda gənc könüllülərin səfərbər edilməsi istiqamətində çox uğurlu siyasət həyata keçirilir. Nazir müsahibənin sonunda deyib: “Biz Avropa Oyunları, “Formula-1” yürüşləri, Dünya Şahmat Olimpiadası kimi böyük tədbirlər keçiririk. Bu il Skautların Dünya Forumuna ev sahibliyi edəcəyik. Belə böyük layihələr gəncləri, könüllülər hərəkatını birləşdirməyə imkan verir. Hesab edirik ki, bir çağırışla ölkə naminə, maraqlı tədbir naminə öz vaxtını sərf etməyə və işləməyə hazır olan 15-17 min gənci səfərbər edə bilmək çox vacib məsələdir. Əlbəttə, bu bizim ümumi xidmətimizdir”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info