“İlin adamı” adına kim layiqdir ? 
Tarix: 01.02.2017 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


Geridə qalan 2016-cı ildə fəaliyyəti, yaşam tərzi ilə seçilənlər çox oldu. Bəs Bakı sakinləri hansı məşhuru dünyada “İlin adamı” seçdi ? Hansı sima ilə öz damğasını vurmağı bacardı ? 

“ACT Azərbaycan”ın keçirdiyi sorğudan belə bəlli olub ki, ümumilikdə, paytaxt sakinləri dünyada “İlin adamı” dedikdə əsasən siyasətçiləri, idmançıları və biznes insanlarını xatırlayıblar. 

Bakı əhli dünyada “İlin adamı” statusunu ən çox Donald Trampa yaraşdırıb. Rəyi soruşulanların 11 %-i yeni seçilmiş ABŞ prezidentini bu ada layiq görüb. Maraqlısı odur ki, Trampın “heyran”ları əsasən əks cinsin nümayəndələridir. Belə ki, 11 % qadın ekstravaqant ABŞ prezidentini “İlin adamı” adına layiq görüb. Tramp həm də gənclərin sevimlisidir. Rəyi soruşulan gənclərin (18-24 yaş aralığı) 26%-i yeni ABŞ prezidentini dünyada “İlin adamı” görmək istədiyini bildirib. 

İkinci pillədə məşhurluğu ilə heç də Trampdan geri qalmayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qərarlaşıb. Hər on sakindən biri (10 %) Türkiyə Cümhuriyyətinin başçısını bu ada layiq görüb. Ərdoğanı bəyənənlərin əksəriyyətini isə kişilər təşkil edib (13 %). Ahıl nəslin nümayəndələri də (55- 64 yaş aralığı) Ərdoğana simpatiyaları ilə seçiliblər (21 %).

Üçüncü pillənin sahibi də siyasət aləmindəndir. Rusiya prezidenti Vladimir Putin 6 % respondentin ürəyini fəth edib. Onu 4 % səslə keçmiş həmkarı Barak Obama izləyir (4 %). 

Top dördlüyü bölüşmüş siyasətçiləri idmançılar təqib edir. 2 % Bakı sakini Portuqaliya yığmasının ulduzu Kriştiano Ronaldonu, 1 % isə Argentinanın fəxri Lionel Messini “İlin adamı” adına layiq görüb. Onları 1 % səs toplamış isveçli Zlatan İbrahimoviç izləyir. 
Biznes aləmini siyahıda Bill Qeyts təmsil edib. 1 % paytaxtlı dünyada “İlin adamı” adını məhz “Microsoft”un yaradıcına yaraşdırıb. 

Paytaxt əhlinin böyük əksəriyyəti isə (64 %) dünyada baş verənlərdən baş aça bilməyib və dünyada “İlin adamı”nı seçməkdə çətinlik çəkib. 

Sorğu 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info