Günel Aslanlı: “Şagirdlərim və iş yoldaşlarım uğurlarıma məndən çox sevinirlər”
Tarix: 01.02.2017 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Son illər ölkəmizdə, o cümlədən Lənkəran rayonunda təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsil islahatı proqramının icrası istiqamətində mühüm tədbirlər həyata keçirilib.
2013-cü ilin oktyabr ayında qəbul edilmiş təhsilin inkişafı üzrə Dövlət Strategiyası təhsilin bütün pillələrində genişmiqyaslı işlərin görülməsinə, bu sahədə bir sıra yeniliklərə səbəb olub.
AZƏRTAC xəbər verir ki, dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi də məhz belə mühüm tədbirlərdəndir. Artıq ölkəmizin bir çox şəhər və rayonlarında müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb.
Ötən ilin dekabr ayında Masallı Olimpiya İdman Kompleksində dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində Masallı ilə yanaşı, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarının dövlət ümumtəhsil müəssisələrində çalışan 12 mindən çox müəllim iştirak edib.
Diaqnostik qiymətləndirmədə müəllimlərdən iki nəfər ən yüksək nəticə - 60 bal toplayıb. Onlardan biri Lənkəran rayonunun Sütəmordov kənd tam orta məktəbinin riyaziyyat müəlliməsi Günel Aslanlıdır.
Məlumdur ki, təhsil sahəsində nümunə olmaq asan iş deyil. Bu, ilk növbədə, hər müəllimdən yüksək intellektual potensial, daim öz üzərində işləmək, işgüzarlıq və ağır zəhmət tələb edir. Sözsüz ki, bütün bunların öhdəsindən gələnlər uğur qazanırlar. Günel Aslanlı kimi...
1985-ci ildə Lənkəran şəhərində dünyaya göz açan Günel Aslanlı hələ uşaqlıqdan evlərində həmişə zəhmətə, elmə, təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərə xüsusi diqqət və sevgi görüb.
Atası, Lənkəran Şəhər Təhsil Şöbəsinin kadrlar üzrə aparıcı məsləhətçisi Aslan Aslanov və anası, Lənkəran Şəhər Uşaq Poliklinikasının pediatrı Həcər Aslanova övladlarını ölkənin layiqli vətəndaşı kimi böyütmək üçün səylərini əsirgəməyiblər. Bütün bunlar isə öz bəhrəsini verib.
Lənkəran şəhər 3 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirən Günel Aslanlı 2002-ci ildə yüksək balla Lənkəran Dövlət Universitetinə daxil olaraq burada riyaziyyat və informatika ixtisasına yiyələnib. O, ali təhsil müəssisəsində 2006-cı ildə bakalavr, 2009-cu ildə isə magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub.
Əmək fəaliyyətinə Qumbaşı kənd tam orta məktəbində başlayan G.Aslanlı iki il Balıqçılar qəsəbə tam orta məktəbində işləyib. 2011-ci ildən isə Sütəmurdov kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirir.
Sadə, təvazökar olan Günel müəllimə qazandığı uğurdan danışarkən deyib: “Bütün həmkarlarım kimi, mən də müəllimlərin diaqnostik qiymətləndirilməsinə ciddi hazırlaşmışdım. Qiymətləndirmə zamanı ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı təqdim edilmişdi. Hər bir düzgün cavab 1 balla qiymətləndirilirdi. Bütün sualları düzgün cavablandırdığım üçün 60 bal topladım. Çəkdiyim zəhmət hədər getmədi. Şagirdlərim və iş yoldaşlarım uğurlarıma məndən çox sevinirlər”.
Özündən çox şagirdləri haqqında danışan müəllimənin onlara tövsiyəsi də var: heç vaxt ruhdan düşməmək, məqsədə çatmaq üçün mübariz olmaq, ən başlıcası isə zəhmətsevərlik.
“Hər bir şagird ailəsi ilə yanaşı, məktəbin də övladıdır. Axı o, ömrünün 11 ilini məktəbdə keçirir. Ona görə də bizim üzərimizə düşən məsuliyyət də böyükdür”, - deyə Günel müəllimə bildirib.
Sütəmurdov kənd tam orta məktəbinin direktoru Kamran Əliyev onun haqqında fərəhlə danışır: “Günelin uğuru təkcə məktəbimizin deyil, Lənkəran təhsilinin uğurudur. O, yüksək mənəviyyata malik, zəhmətkeş və təvazökar müəllimədir. Uşaqlar ondan təkcə savad, elm deyil, həm də yüksək əxlaqi keyfiyyətləri öyrənirlər. Kollektivimiz Günel müəllimə ilə fəxr edir”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info