Milli Məclisin yaz sessiyası başlayıb
Tarix: 01.02.2017 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində ilk plenar iclas başlayıb. Sessiya dövlət himninin oxunması ilə açılıb. Sessiyanı spiker Oqtay Əsədov açaraq yaz sessyiasında hökumətin hesabatının dinləniləcəyini də bildirib: “Əminəm ki, bu sessiyaya uğurla başlayacaq”.
İlk plenar iclasın gündəliyinə Milli Məclisi İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi barədə məsələlər, yaz sessiyasının qanunvericilik işləri planı, “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” və “Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında” sazişlərin təsdiq edilməsi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, “Hərbi xidmət keçmə haqqında Əsasnamə”də, “İnformasiya əldə etmək haqqında”, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “Mühasibat uçotu haqqında”, “Reklam haqqında”, “Qrant haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Aviasiya haqqında”, Gömrük Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Dövlət rüsumu haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun layihələri daxil edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info