Azad Rəhimov BMT İqtisadi və Sosial Şurasının 6-cı Gənclər Forumuna qatılıb
Tarix: 01.02.2017 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Nyu-Yorkda BMT-nin İqtisadi və Sosial Şurasının 6-cı Gənclər Forumu keçirilib.
 
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, BMT-nin baş qərargahında iki gün davam edən forumun əsas mövzusu “Yoxsulluğun aradan qaldırılması və dəyişən dünyada tərəqqinin təşviqində gənclərin rolu” olub.  Forumda Azərbaycanı BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti Frederik Musiva Makamure Shava  tərəfindən dəvət alan Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimovun  rəhbərliyi altında nümayəndə heyəti təmsil edib.
 
Şuranın 6-cı iclasının keçirilməsinin əsas məqsədi, qloballaşmanın yaratdığı mənfi təsirlərlərlə mübarizənin çətinləşdiyi fonda, müxtəlif ölkələrdə milli inkişaf məqsədlərinin həyata keçirilməsində məhz gənclərin perspektivlərini üzə çıxarmaqdır.
 
Forum zamanı çıxış edən nazir Azad Rəhimov ölkədə  dövlət tərəfindən gənclər siyasətinə xüsusi önəm verildiyini, bu istiqamətdə müxtəlif illəri əhatə edən dövlət proqramlarının, sərəncamların imzalandığını diqqətə çatdırıb. Nazir qeyd edib ki, məhz bu diqqətdən irəli gələrək Azərbaycan BMT-nin əvvəlki baş katibi Pan Gi Munun qlobal səviyyədə gənclər siyasətinə dəstək verilməsi ilə bağlı çağırışına cavab verən ilk ölkə olub: “Forumun əsas mövzuları olan ,  insanlar, planet, sülh və rifaha gəldikdə isə, biz müxtəlif Dövlət Qurumları və QHT-lər ilə birlikdə bu istiqamətlər üzərində uzun zamandır ki, ciddi işlər aparırıq. Çünki, gənclərin global cəmiyyətdə öz sözlərini deməsi, onların müxtəlif sahələri əhatə edən fikir və təşəbbüslərini  realizəsi önəmli faktorlardandır.”
Nazir, region gənclərinin də diqqət mərkəzində olduğunu və onların cəmiyyətdə aktiv fəaliyyəti üçün imkanlar yaradıldığını qeyd edib.
 
Nazir Azərbaycanın istər yerli, istər regional, istərsə də beynəlxalq səviyyədə gənclərin inkişafı və gənclərə yönəlik layihələri dəstəkləyəcəyini xüsusi olaraq diqqətə çatdırıb.
Səfər çərçivəsində nazir Azad Rəhimov  BMT-nin Avropa və MDB regionu üzrə direktoru xanım Cihan Sultanoğlu ilə görüş keçirib. Görüş zamanı Azərbaycanda gənclər sahəsində görülən işlərlə bağlı Cihan Sultanoğlu tərəfindən məmnunluq bildirilib.
 
Bununla yanaşı,  nazir Gürcüstan və Serbiyalı həmkarları ilə də görüşüb.
Azad Rəhimov  Rusiya Federasiyasının Gənclərlə iş üzrə Federal Agentliyinin direktor vəzifələrini icra edən rəsmisi ilə də görüş keçirib.
 
Səfərin sonunda nazir Azad Rəhimov BMT-nin baş katibinin gənclər siyasəti üzrə xüsusi nümayəndəsi Əhməd Əlhəndavi ilə görüşüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info