Prezident təqaüdçüsü: “Müəllimlərimə və ailəmə çox minnətdaram”
Tarix: 01.02.2017 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in Prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Neft-qaz mühəndisliyi ixtisasının I kurs tələbəsi Pərviz Həsrətli cavablandırır.

- Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.
- Mən 1999-cu il yanvarın 8-də Yardımlı rayonunda anadan olmuşam. 2016-cı ildə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanı bitirmişəm. Həmin il Bakı Ali Neft Məktəbinə daxil olmuşam. Hazırda I kurs tələbəsiyəm, Prezident təqaüdçüsüyəm.
-İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?
-Həmin dövrdə vaxtımı dərslərimə, imtahana hazırlaşmağa sərf edir, çalışırdım ki, mənə olan etimadı doğruldum. Müəllimlərimə və ailəmə çox minnətdaram. Onlar məni hər zaman həvəsləndiriblər.
- Nə qədər bal topladınız? Niyə məhz BANM-ı seçdiniz?
- Qəbul imtahanında 685 bal toplamışam. Yüksək səviyyədə təhsil verən ali təhsil müəssisəsi olduğuna və məni mükəmməl mühəndis kimi yetişdirəcəyinə əmin olduğum üçün buranı seçdim. Gələcəkdə həyatda öz yerimi tapacağıma inandığım üçün məhz bu ali təhsil ocağını seçmişəm.
- Ailənizin təhsilinizdəki rolu haqqında nə demək istərdiniz?
- Yuxarıda da qeyd etdiyim kimi, mən müəllimlərimə və ailəmə hədsiz minnətdaram. Repetitor yanında hazırlaşmışam. Buna görə də ailəmin təhsilimdəki maddi və mənəvi rolu əvəzsizdir.
- Ən böyük arzunuz?
- Arzularım çoxdur, amma ən böyük arzum ən yaxşı mühəndis olmaqdır.
- İxtisasınız haqqında nə demək istərdiniz?
- Mən Neft-qaz mühəndisliyi ixtisasında təhsil alıram. Onu deyə bilərəm ki, bu peşə Azərbaycanda ənənəvi sənət sahələrindən biridir. Ölkəmizi neft ölkəsi kimi tanıyırlar. Təbii ki, bu sahədə mütəxəssislərə ehtiyac hər zaman var. Düşünürəm ki, nəinki ölkə daxilində, yerli şirkətlərdə, eyni zamanda bütün beynəlxalq şirkətlərdə gələcəkdə yüksək səviyyəli mühəndis kimi BANM məzunları olaraq özümüzü təsdiq edəcəyik.
- Hobbiniz nədir?
- İdmanla, xüsusilə üzgüçülüklə məşğul oluram.
- Başqa hansı maraqlarınız var?
- Təhsil həyatımdan başqa, dediyim kimi, idmanla məşğul olmaq, müxtəlif yerlərə səyahət etmək mənə çox maraqlıdır.
- Hansı janrda kitabları oxuyursunuz?
- Daha çox detektiv janrda olan kitablara üstünlük verirəm.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
15.01.2019
Azərbaycan Sənaye Korporasiyasının fəaliyyətinin əsas məqsədi istehsal potensialının gücləndirilməsinə nail olmaqdır
15.01.2019
İran regionda təhlükəsizlik və sabitliyin daha da artması üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazırdır
14.01.2019
“Azərbaycan Ermənistanı regionda təcrid vəziyyətə salıb”
12.01.2019
Avropa parlamentləri Ermənistanın “konyak diplomatiyası“nda adı keçən siyasətçilərin fəaliyyətlərini ifşa edən araşdırmalar aparmalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info