“İlin ən yaxşı tələbəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Tarix: 01.02.2017 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Bakı Dövlət Universitetində 2 fevral Gənclər gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü idə açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gənclərimizdə böyük ruh yüksəkliyi, işıqlı sabahımıza dərin inam yaradıb. Bu gün Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında aktivlik nümayiş etdirir.
Tədbirdə çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayilov bildirib ki, dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. 
Prezident Administrasiyası İctimai siyasi məsələlər şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucovun çıxışlarından sonra Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən keçirilmiş “İlin ən yaxşı tələbəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb. 
Qeyd edək ki, “İlin ən yaxşı tələbəsi” adlı seçki müsabiqəsi tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizam, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə keçirilir.
Sonda rektor, akademik Abel Məhərrəmov “İlin ən yaxşı tələbəsi” adını qazanmış tələbələri təbrik edib, onları bu fəxri ada daim sadiq qalmağa və daha böyük nailiyyətlər əldə etməyə səsləyib. 
Tədbir bədii hissə ilə yekunlaşıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info