“Sahibkarlığın inkişafı regionların davamlı inkişafında əhəmiyyətli rol oynayır”
Tarix: 01.02.2017 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Salman Umudov: “Sahibkarlar ölkə başçısının kənd təsərrüfatının inkişafı və qeyri-neft ixracının artırılması ilə bağlı verdiyi tapşırıqların icra olunmasında üzərlərinə düşən məsuliyyəti dərk edirlər”/b>

Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi sosial-iqtisadi tərəqqinin hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Bunun nəticəsidir ki, ölkədə iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühitinin formalaşdırılması, sahibkarlığın inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilir. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı fikirləri bir daha göstərir ki, dövlət bu sahəni daim diqqətdə saxlayır.
Dövlət başçısı bildirib ki, son illər ərzində - 2004-cü ildən bu günə qədər Azərbaycan sahibkarlarına təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilib: “Bu kreditlər ölkə iqtisadiyyatının inkişafına böyük dəstək olmuşdur. Onu da deməliyəm ki, bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə veriləcək güzəştli kreditlərin hamısı əvvəlki illərdə verilmiş və qaytarılmış kreditlər hesabına veriləcək. Yəni, artıq dövlət bu yükü, necə deyərlər, öz üzərindən kənara qoyub. Bax, məqsəd də ondan ibarət idi. Hər il biz böyük məbləğdə - 200 milyon, bəzi hallarda 250 milyon manat ayırırdıq və bu vəsait hesabına işlər görülürdü, iş yerləri açılırdı, böyük biznes imkanları yaradılırdı. Eyni zamanda, vaxt gəldi ki, artıq dövlət bu pulu büdcədən ayırmır və biz bunu qaytarılmış kreditlər hesabına edirik”.Prezident qeyd edib ki, bu da bir yenilik idi: “Mən xatırlamıram ki, hər hansı bir ölkədə biznes strukturlarına dövlət tərəfindən, bax, bu formada yardım göstərilsin. Onu da qeyd etməliyəm ki, bizim təcrübəmizdən indi bir çox ölkələr istifadə edirlər və bizi nümunə kimi göstərirlər. Ona görə infrastruktur layihələri, onunla paralel olaraq biznes mühitinin yaxşılaşdırılması, biznesə göstərilən diqqət və əlbəttə ki, sosial infrastrukturun yaradılması vahid bir proqram çərçivəsində uğurla icra edilir”.

“Sahibkarlığın inkişafı ilə bağlı bütün lazımi tədbirlər görülür”

Ölkə başçısı deyib ki, sahibkarlığın inkişafı ilə bağlı bütün lazımi tədbirlər görülür. Mən çıxışımın əvvəlində də bu məsələyə toxundum: “Fermerlərə böyük güzəştlər edilir. Onlar torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Suvarma işləri aparılır, infrastruktur yaradılır. Güzəştli şərtlərlə kreditlər, yanacaq, gübrə, subsidiyalar, metodik tövsiyələr verilir. Dövlət, eyni zamanda, öz hesabına fındıq və tut tingləri gətirir. Pambıqçılıqla bağlı dövlət xətti ilə böyük işlər görülür, texnika alınır, suvarma tədbirləri həyata keçirilir. Yəni, bütün bunları biz edirik ki, yerlərdə yaşayan insanlar bu imkanlardan istifadə etsinlər. Bu, onların güzəranının yaxşılaşdırılması üçündür.Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq. Beləliklə, ölkəmizə daha çox valyuta gələcək, manat öz sabitliyini qoruyacaq, neftdən asılılıq azalacaq və iş yerləri yaradılacaq, sahibkarlıq inkişaf edəcək”.
“Gənc Sahibkarlar Klubu” İctimai Birliyinin sədri, politoloq Salman Umudov qəzetimizə bildirdi ki, son günlər dövlət tərəfindən sahibkarlığın inkişafı istiqamətində təqdirəlayiq işlər görülüb: “Xüsusən ötən il sahibkarlıqla bağlı atılan addımlar bu sektorun inkişafında dönüş yaratdı. Belə ki, sahibkarların işlərinə müdaxilə edilməsi, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması sahibkarlığın inkişafında yeni mərhələ yaradıb. Ayrıca, ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə aprelin 25-nin ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilməsi sahibkarlara göstərilən diqqətin bariz nümunəsidir. Prezident bu günlərdə Nazirlər Kabinetinin müşavirəsində 2016-cı ilin dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacağını demişdi. Fikrimcə, ötən il sahibkarlıqla bağlı da qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirib”.

“Sahibkar-dövlət münasibətləri daha da inkişaf edir”
Politoloq dedi ki, ölkəmizdə aparılan islahatlar, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara göstərilən dəstək nəticəsində bütün sahələrdə uğurlar qazanılıb: “Sahibkarlığın inkişafı regionların davamlı inkişafında və əhalinin məşğulluğunda olduqca əhəmiyyətli rol oynayır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası, eyni zamanda sahibkarların fəaliyyətinə də geniş yol açır. Hər bir sahibkar bu münbit şəraitdən istifadə edir. Prezidentin qeyd etdiyi kimi, dövlət dəstəyi və maddi dəstək Azərbaycanda güclü milli sahibkarlar sinfini formalaşdırıb. Sahibkarlar dövlətin verdiyi güzəştli kreditlər hesabına öz fəaliyyətlərini davam etdirirlər. Sosial-iqtisadi siyasətin nəticəsi olaraq sahibkarlar üçün əlverişli biznes mühiti yaranıb. Bütün bunlar da ölkədə qeyri-neft sektorunun inkişafını daha da sürətləndirir. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısının sahibkarlığa dəstəyin davam edəcəyini deməsi, sahibkarlarda dövlətə inamı daha da artırıb. Bununla ölkədə sahibkar-dövlət münasibətləri daha da inkişaf edir və xüsusilə sahibkarlar ixrac potensialını artırmaqla, onun coğrafiyasının genişləndirilməsi istiqamətində fəaliyyət göstərməkdədirlər. Sahibkarlar ölkə başçının kənd təsərrüfatının inkişafı və qeyri-neft ixracının artırılması ilə bağlı verdiyi tapşırıqların icra olunmasında üzərlərinə düşən məsuliyyəti dərk edirlər”.
Salman Umudov qeyd edir ki, tədbirdə Prezident sahibkarlara da daxili bazarı inkişaf etdirmək, eləcə də ixrac potensialını artırmaq üçün bir sıra tapşırıq və tövsiyələr verib: “Dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin Azərbaycan iqtisadiyyatına təsirinə baxmayaraq, bunun üçün dövlətin hər dəstəyi verməyə hazır olduğu qeyd edildi. Ümid edirik ki, sahibkar mövcud çağırışların tələblərinə uyğun çevik addım ataraq daha da aktiv fəaliyyət göstərəcəklər”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info