Rusiya ilə miqrasiya siyasəti məsələləri müzakirə edilib
Tarix: 01.02.2017 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiya Federasiyasının daxili işlər naziri, polis generalı Vladimir Kolokoltsevlə görüşü olub. Səfirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə miqrasiya siyasəti və iki ölkənin Daxili İşlər nazirlikləri arasında ikitərəfli əlaqələrlə bağlı bir sıra məsələlər müzakirə edilib.
Səfir Polad Bülbüloğlu Vladimir Kolokoltsevə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun salamını çatdırıb. Qeyd edib ki, Azərbaycanın daxili işlər naziri MDB-nin iştirakçı dövlətlərinin Daxili İşlər Nazirlər Şurasının duayeni kimi qurumun işinin təşkilində mühüm rol oynayır. Rusiyanın daxili işlər naziri vurğulayıb ki, Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanları MDB Miqrasiya Orqanları Rəhbərlər Şurası və MDB ölkələrinin qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə dair əməkdaşlıq Sazişi iştirakçılarının Birgə komissiyası çərçivəsində fəal iş aparırlar. Səfir məlumat verib ki, Azərbaycan və Rusiya arasında dostcasına sıx humanitar və iqtisadi əlaqələr iki ölkə vətəndaşlarının intensiv gediş-gəlişinə kifayət qədər kömək edir. Moskva və Bakı arasında hər gün yeddi aviareys həyata keçirilir, habelə dəmir yolu və avtobus reysləri işləyir. Burada da miqrasiya qanunvericiliyinin tətbiqi xüsusi məna kəsb edir və daxil olan bütün müraciətlərə, xüsusilə humanitar aspektdə olan müraciətlərə operativ cavab verməyin zəruriliyini diktə edir. Səfir vurğulayıb ki, regionda mövcud vəziyyət, Dağıstan Respublikası ərazisindən keçən Rusiya-Azərbaycan ümumi sərhədi nəzərə alınaraq, sabitliyin təmin olunması üçün cinayətkarlığa qarşı mübarizədə sıx əməkdaşlıq və qarşılıqlı əlaqə vacibdir. Rusiya Federasiyası, Azərbaycan Respublikası və İran İslam Respublikası prezidentlərinin bu yaxınlardakı üçtərəfli görüşünə toxunan həmsöhbətlər ölkələrimiz vasitəsilə tranzit yükdaşımalarının təhlükəsizliyinin təmin edilməsinin, miqrasiya qanunvericiliyinin asanlaşdırılmasının və ağır tonnajlı avtomobillərin sürücüləri üçün Rusiya ərazisində qalma müddətinin artırılmasının vacibliyini vurğulayıblar. Səfir, həmçinin qeyd edib ki, Rusiya daxili işlər naziri 2016-cı il dekabrın əvvəlində Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Nazir, həmçinin azərbaycanlı həmkarı ilə cari məsələləri müzakirə edib. Bu səfər iki ölkənin Daxili İşlər nazirlikləri arasında operativ əməkdaşlığın inkişafına mühüm töhfə verib. Tərəflər qarşılıqlı anlaşmanın yüksək səviyyəsindən və qarşıya çıxan məsələlərin operativ qaydada həlli imkanından məmnunluq ifadə ediblər. Görüşdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Miqrasiya Məsələləri Baş İdarəsinin rəisi, polis polkovniki Olqa Kirillova, MDB iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktor müavini, polis general-mayoru Əkbər Yusifov iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info