Özünüməşğulluq proqramında iştirak üçün təlimlərə cəlb olunanların 25 faizi gənclərdir
Tarix: 01.02.2017 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Gənclərin əmək bazarına inteqrasiya imkanlarının artırılması aktiv məşğulluq tədbirlərinin əsas hədəflərindəndir

Gənclərin ölkənin iqtisadi inkişafı proseslərində fəal iştirakına, bu məqsədlə onların iqtisadiyyatın müxtəlif sektorlarında səmərəli məşğulluğuna şərait yaradılması Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritetləri sırasındadır. Bu siyasətə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv əmək bazarı proqramlarının mühüm bir istiqaməti də gənclərə yönəlib.
2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 56 631 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib ki, onlardan 36,2 faizi, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb olunan 1 147 nəfərdən 27 faizi gənclərdən ibarət olub. Bu dövrdə boş vaxtları ərzində əlavə qazanc əldə etmək məqsədilə müraciət edən 3 093 nəfər şəxs Xidmətin Əmək birjaları vasitəsilə qısamüddətli işlərə göndərilib ki, həmin insanlardan da 43 faizini gənclər təşkil edib.
Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, işaxtaran və işsiz vətəndaşların özünüməşğulluq proqramına cəlb olunması işlərində də gənclər diqqətdə saxlanılır. Proqramda iştirak etmək üçün müraciət edən və biznesin təşkili ilə bağlı müvafiq bilik və bacarıqlara yiyələnmələri məqsədilə təlim kurslarına cəlb olunan vətəndaşlardan 25 faizə qədəri gənc yaşlarında olanlardır.
Gənclərin əmək bazarına çıxış imkanlarına malik olmalarında onların rəqabət qabiliyyətli peşələrə yiyələnmələri əhəmiyyətli amillərdəndir. Bu istiqamətdə də aktiv məşğulluq tədbirləri davam etdirilir və ötən il nazirliyin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən 3 702 nəfər şəxsdən 2406 nəfəri (65 faiz) gənclər olub. Nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi bu təbəqədən olan gənclərimizin əmək bazarına çıxış imkanlarına malik olmalarında mühüm rol oynayır. Dövlət başçısının iştirakı ilə 2013-cü ilin dekabr ayında istifadəyə verilən Mərkəzdə indiyədək 1000 nəfərdən çox, o cümlədən 2016-cı ildə 350 nəfər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına qəbul edilib. Həmin gənclərin burada yalnız peşə deyil, ümumən sosial reabilitasiyası üçün məqsədyönlü işlər aparılır.
Eyni zamanda, Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərlərində yerləşən 10 ali təhsil ocağında məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında tədbirlər keçirilib. Bu tədbirlərdə 370 müəssisə tərəfindən 1838 boş (vakant) iş yeri gənclərin seçiminə təqdim olunub, onların öz ixtisas və bacarıq səviyyələrini işəgötürənlərə təqdim etmələrinə, işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına şərait yaradılıb.
Son illərdə BMT İnkişaf Proqramı ilə birgə layihə çərçivəsində 452 nəfər gənc SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə müasir metodlar əsasında iş axtarışı bacarıqlarına yiyələniblər. Onlardan artıq 80 faizi bu bacarıqlardan istifadə edərək müxtəlif müəssisələrdə münasib iş yerləri ilə təmin olunublar. Hazırda Masallı rayonunda və Gəncə şəhərində SYSLAB metodologiyası üzrə gənclər üçün müvafiq təlim kursları davam etdirilir.
Hər bir gəncin bu gün peşə və ixtisas seçimini düzgün aparması onun gələcəkdə əmək bazarına inteqrasiyası üçün vacib faktorlardan biridir. Bu amil nəzərə alınmaqla, nazirlik tərəfindən gənclərin (eləcə də övladlarının peşə seçimində önəmli rola malik olduqları üçün valideynlərin) iştirakı ilə peşəyönümü tədbirləri təşkil olunur. Təkcə 2016-cı ildə bu tədbirlər vasitəsilə, əsasən, yuxarı sinif şagirdlərindən ibarət 117 244 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.
Ölkəmizdə gənclərin səmərəli məşğulluğunun təminatı məqsədilə görülən işlər beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkədən biri olan Azərbaycan son illərdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmi saytında gənclərin məşğulluğu üzrə dolğun hüquqi bazası, siyasi və praktik iş təcrübəsi barədə məlumatları təqdim olunan ölkələr sırasına daxil edilib. Ötən il isə BƏT-in “MDB ölkələrində gənclərin məşğulluğu sahəsində tərəfdaşlıq” layihəsi çərçivəsində İsveçdə təşkil etdiyi konfransda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyətinin ölkəmizin ali təhsil müəssisələrində virtual müəssisələrin yaradılması layihəsi barədə təqdimatı maraqla qarşılanıb. Bu layihə gənclərin məşğulluğunun dəstəklənməsi sahəsində MDB-də ən yaxşı təcrübə nümunəsi kimi birinci yerə layiq görülüb və bununla əlaqədar nümayəndə heyətimizə BƏT-in Diplomu təqdim olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gənclərin əmək bazarına çıxış və səmərəli məşğulluq imkanlarının artırılmasına yönələn aktiv məşğulluq tədbirləri qarşıdakı dövrdə də davam etdiriləcəkdir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info