Azərbaycan Dünya İqtisadi Forumunun reytinqində inkişaf edən ölkələr arasında ikinci yerə yüksəlib
Tarix: 01.02.2017 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Azərbaycan bu göstəriciyə görə Şərqi Avropanın və Cənubi Amerikanın bir sıra ölkələrini, həmçinin Rusiya, Çin, Türkiyə, Qazaxıstan, İran və digər ölkələri qabaqlayır

Ötən il ölkə iqtisadiyyatında baş verən inkişaf müsbət nəticələrə gətirib çıxardı. Dünyada neftin qiymətinin bir neçə dəfə aşağı düşməsinə baxmayaraq, ötən illərdə görülən işlər və 2016-cı ildə aparılan dərin islahatlar nəticəsində ölkədə inkişaf təmin edildi. Bu il ərzində qəbul edilən qərarlar, iqtisadi islahatları daha da dərinləşdirir və gələcəkdə qeyri-neft sektorunun hesabına inkişafına imkan verir. Ölkədə qeyri-neft sektorunun 5 faiz artması çox müsbət göstəricidir. Azərbaycanda yaradılan sərmayə iqlimi hesabına ölkəmizə 8 milyard dollar xarici investisiya cəlb edilib. Dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranının ölkəmizə də öz mənfi təsirini göstərməsinə baxmayaraq, Azərbaycan başqa ölkələrdə müqayisədə ağır vəziyyətdən minimum itkilərlə çıxa bildi.
2016-cı ildə ölkəmizdə görülən işlərə dünyanın mötəbər beynəlxalq iqtisadi qurumları da yüksək qiymət verirlər. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 65-ci yerdədir. Ölkə başçısının sözlərinə görə, bu, yaxşı göstəricidir: “Əlbəttə, biz çalışmalıyıq ki, daha yüksək pilləyə çıxaq. Ancaq indiki şəraitdə bütün amilləri nəzərə alaraq hesab edirəm ki, bu, kifayət qədər yüksək göstəricidir”.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə görülən işlərə qiymət verən dünyanın mötəbər beynəlxalq iqtisadi qurumları arasında dünyanın ən böyük qeyri-hökumət iqtisadi qurumu, bütün dünya liderlərini, dünyanın siyasi-iqtisadi elitasını birləşdirən Davos Dünya İqtisadi Forumu Azərbaycan ilə bağlı verdiyi hesabatda yenə də müsbət rəy bildirib: “Beləliklə, ölkələrin rəqabətqabiliyyətliliyinə görə Azərbaycan üç pillə irəliləyərək 37-ci yerdə qərarlaşıb. Digər göstəriciyə - inkişaf edən ölkələr arasında inkişafa görə isə, - bu hesablama təxminən 80-ə yaxın inkişaf edən ölkəni cəmləşdirir, - Azərbaycan birinci-ikinci yerləri bölüşür. Bax, budur, aparıcı beynəlxalq iqtisadi qurumların bizim işlərimizə verdikləri qiymət”. Ölkə başçısının sözlərinə görə, biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq. Ancaq, əlbəttə, belə bir fikirlər ortalığa qoyulanda bu, həm bizi daha da sevindirir, eyni zamanda, bu, dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır: “Ona görə bu gün Azərbaycan üçün istənilən layihəyə kredit almaq artıq çoxdan problem deyil. Hətta indiki siyasətimiz ondan ibarətdir ki, biz xarici kreditlərə o qədər də böyük meyil göstərməyək. Çalışmalıyıq ki, bundan sonra da bütün işləri daxili imkanlar hesabına görək. Çünki xarici borcun artması müsbət hal deyil. Bizdə isə bu göstərici də çox yaxşı səviyyədədir, təqribən 20 faiz səviyyəsindədir. Bu da əvvəlki illərlə müqayisədə daha da böyük rəqəmdir. Bunun da səbəbi manatın devalvasiyaya uğramasıdır. Ondan əvvəlki dövrdə bizim xarici borcumuz 10 faiz həddini keçməyib. Bu gün də bu, məqbul səviyyədədir. Amma biz çalışmalıyıq ki, bu, artmasın, əksinə, azalsın. Xarici borcu azaltmaq üçün biz xarici kreditləri çox böyük ehtiyatla almalıyıq. Ancaq ölkəmiz üçün strateji əhəmiyyət daşıyan layihələrə biz xarici borcu ala bilərik. Bir sözlə, hesab edirəm ki, 2016-cı ildə ümumi iqtisadi inkişaf müsbət qiymətləndirilməlidir”.
Qeyd edək ki, Azərbaycan Dünya İqtisadi Forumunun 2017-ci il üzrə inklüziv artım və inkişaf hesabatında inkişaf edən ölkələr arasında ikinci yerə yüksəlib. Dünya İqtisadi Forumunun saytında yerləşdirilmiş hesabatda 79 ölkənin reytinqi əks olunub. Litva və Azərbaycan 4,73 balla inklüziv inkişaf indeksi üzrə birinci və ikinci yerlərdə qərarlaşıb. Azərbaycan bu göstəriciyə görə Şərqi Avropanın və Cənubi Amerikanın bir sıra ölkələrini, həmçinin Rusiya, Çin, Türkiyə, Qazaxıstan, İran və digər ölkələri qabaqlayır. Hesabatda inklüziv inkişaf indeksinə görə ölkələr beş kateqoriya üzrə bölünüb. Azərbaycan stabil ölkələr siyahısında yer alıb.
İnkişaf etmiş ölkələr üzrə reytinqə isə Norveç başçılıq edir. İlk beşliyə Lüksemburq, İsveçrə, İslandiya və Danimarka daxildir.
DİF-in İnkişaf indeksi bunları ehtiva edir: 1- Böyümə və İnkişaf (ümumi daxili məhsul, əmək məhsuldarlığı, məşğulluq və sağlam həyat şraiti), 2- Əhatəlilik (əhalinin orta gəliri, yoxsulluq faizi, milli gəlirin bərabər paylanması əmsalı) və 3- Nəsillərarası Ədalət və Davamlılıq (dövlət borcu, asılılıq dərəcəsi və ümumi daxili məhsul, karbon sıxlığı).
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info