“Raket sınağı BMT TŞ-nin qətnaməsini pozmur”
Tarix: 02.02.2017 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Fransanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Tehrana səfər edib. Nümayəndə heyətinə siyasi və iqtisadi sahələri təmsil edən 60-dək nümayəndə daxildir. Tehranda Fransa və İranın müştərək iqtisadi komissiyasının iclası keçirilib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında fevral ayında İran və Fransanın birgə istehsal etdiyi ilk avtomobilin satışa çıxarılacağını bildirib. Zərif İranın raket sınağı keçirməsi ilə bağlı bu testlərin nüvə sazişi ilə heç bir əlaqəsinin olmadığını bildirib. İran XİN rəhbəri qeyd edib ki, BMT TŞ-nin 2231-ci qətnaməsində İranın ballistik raketləri ilə bağlı heç bir müddəa əks olunmayıb və İslam Respublikası bu qətnamənin təsdiq olunduğu vaxt öz mövqeyini açıq şəkildə elan edib: “Bu qətnamədə nüvə başlığı daşıya bilən ballistik raketlərdən söhbət gedir. Biz isə elan etmişik ki, bizim ballistik raketlərimiz nüvə başlığı daşıma qabiliyyəti üçün layihələşdirilməyib. Bizim raketlər İslam Respublikasını qanuni şəkildə müdafiə edə biləcək normalara uyğun başlıqlar daşıyır və 2231 saylı qətnamədən kənara çıxmır”.




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
“Taliban“ tərəfdarları Əfqanıstanda generalı qətlə yetiriblər
18.07.2019
Ağ Ev: Ankaranın S-400 sistemlərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir
17.07.2019
BMT Yəməndə döyüşən tərəfləri mülki vətəndaşları qorumağa çağırdı
17.07.2019
Türkiyə HHQ İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib
17.07.2019
Türkiyə Prezidenti “Twitter” səhifəsində Ərbildəki mənfur hücumu pisləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info