Merkeli Ankaraya gətirən səbəb
Tarix: 02.02.2017 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Aleksandra Noy: “Miqrantlarla bağlı razılaşmanın uğursuzluğu alman siyasəti üçün faciəvi sonluqla yekunlaşa bilər”

Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün bu gün Ankaraya gəlir. Xatırladaq ki, iki ölkə arasında gərginlik son aylarda daha da mürəkkəb vəziyyət almaqdadır. İki ölkə arasında narazılığa səbəb təkcə qaçqınlar haqqında razılaşma deyil. Türkiyədəki uğursuz dövlət çevrilişinə cəhd edən hərbçilərə Almaniyanın sığınacaq verməsi ciddi narazılıq yaradıb. Bu baxımdan Ərdoğanla görüşün nəticələri Merkel üçün vacibdir. Nəzərə almaq lazımdır ki, Almaniya seçkilər ərəfəsindədir. Yenidən namizəd olacaq Merkel üçün miqrantlarla bağlı Türkiyə ilə razılaşma xüsusi önəm kəsb edir. Rəsmi mənbələrə istinad edən “İzvestiya” qəzetinin məlumatına görə, Ankara görüşündə Yaxın Şərqdə terrorla mübarizə, iqtisadi əməkdaşlıq, eləcə də Suriya böhranının həllində Rusiya ilə əməkdaşlıq perspektivlər barədə danışıqlar aparılacaq. Almaniyanın kanslerinin səfərində əsas yeri miqrantlarla bağlı razılaşma tutacaq. Ötən ilin martında tərəfələr Almaniyaya qanunsuz gedən miqrantın Türkiyəyə göndərilməsi, Avropa Birliyinin isə yalnız qanuni yollarla qaçqın qəbulu ilə bağlı razılığa gəlmişdilər. Bundan əlavə Brüssel Türkiyə vətəndaşlarının viza məhdudiyyətlərinin aradan qaldırılması və Ankaraya 3 milyard avro ödəmək barədə vəd vermişdi. Amma Brüssel vədinə əməl etmədi. Buna görə də Ankara sazişi pozmaq niyyətində olduğunu bəyan edib. Merkeli Ankaraya gətirən əsas səbəblərdən buiri də elə budur. Bundestaqın Müdafiə komitəsinin üzvü Aleksandra Noy hesab edir ki, miqrantlarla bağlı razılaşmanın uğursuzluğu alman siyasəti üçün faciəvi sonluqla yekunlaşa bilər: “Ərdoğan tez-tez qaçqınlarla bağlı razılaşmanın pozula biləcəyini deyir. Bu məsələnin Merkel üçün də prinsipial olduğu başa düşüləndir. Belə görünür ki, artıq güc tarazlığı dəyişib”. Politoloq Aleksandr Rar “İzvestiya” nəşrinə bildirib ki, hər terror hücumundan və ya Ərdoğanın yeni açıqlamalrından sonra xanım Merkelin reytinqi aşağı düşür: “Merkel Avropa İttifaqının təşkilat kimi yaşamasının qaçqın probleminin həllindən keçdiyini gözəl anlayır. Ankaranın qaçqın axını üçün öz qapılarını açıq qoyması Merkel və onun seçki kampaniyasına lazım deyil. Merkelin Ankara səfəri Ərdoğanı ölkəsinin strateji tərəfdaş olduğunu inandırmağa hesablanıb”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Fransa, Almaniya və İngiltərə İranın nüvə razılaşmasını müzakirə edəcək
23.09.2019
İran saxlanılan “Stena Impero“ tankerini tezliklə sərbəst buraxacaq
22.09.2019
Ərdoğanı ABŞ-da izdiham qarşılayıb
22.09.2019
ABŞ və Hindistan birgə hərbi təlimlər keçirəcək
22.09.2019
Şoyqu ABŞ bazalarının sayını açıqladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info