Ağcabədidə çörək və un məmulatları zavodunun inşası başa çatmaq üzrədir
Tarix: 02.02.2017 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Ağcabədi Rayon İcra Hakimiyyətinin Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2016-cı ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib. Şəhər icra nümayəndəsi Aqil Əliyevin hesabat məruzəsində Ağcabədi şəhərində tikinti-abadlıq, quruculuq işlərinin davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Ağcabədi şəhərinin ərazisi 1546 hektar, əhalisi 44 min 273 nəfərdir. Hesabat ilində Ağcabədi şəhərində Bayraq muzeyi, 4 saylı körpələr evi-uşaq bağçası üçün 100 yerlik bina, ikimərtəbəli otel kompleksi və Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər idarəsinin Ağcabədi Vergi Xidməti Mərkəzinin inzibati binası inşa edilib. Tarix-Diyarşünaslıq Muzeyi, 6 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunub. Hazırda sutkalıq istehsal gücü 10 ton olan çörək və un məmulatları zavodunun inşasında son tamamlanma işləri aparılır, Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Qeyd olunub ki, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik hesabat ilində 7 uşaq bağçasının, Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin və yaşıllaşdırma sahəsinin maliyyə təsərrüfat fəaliyyətini həyata keçirib. Bu dövrdə infrastrukturun yaxşılaşdırılması, əhalinin problemlərinin həlli, təbii qaz və içməli su ilə təminatı istiqamətində xeyli iş görülüb. Yaşayış binalarının həyətlərində əsaslı təmir işləri aparılıb, küçə və prospektlərə asfalt-beton örtüyü salınıb, 10500 ədəd müxtəlif dekorativ ağac və gül kolları əkilib. Yığıncaqda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Prezident tərəfindən bölgələrə göstərilən diqqət və qayğıdan, rayonun sosial-iqtisadi inkişafından danışıb, tövsiyələrini verib. Məruzə və çıxışlarda problemlərə də toxunulub, onların aradan qaldırılması yolları göstərilib, qarşıda duran vəzifələrdən bəhs edilib.




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Sabahın hava proqnozu açıqlanıb
25.08.2019
Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib
24.08.2019
İmişlinin bostan sahələrindən 2 min 500 ton məhsul yığılıb
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info