: “Prezidentin uğurlu siyasəti “5-ci kolon”u ciddi narahat edir”
Tarix: 02.02.2017 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Millət vəkili Məlahət İbrahimqızı SİA-ya bildirib ki, İsa Qəmbərin antiazərbaycan ruhlu çağırışlar etməsi, ölkəmizdə süni ajiotaj yaratmağa cəhd etməsi və puç olmuş, heç bir əhəmiyyət kəsb etməyən primitiv siyasi şüarlarla yenidən “aktivləşməsi" radikal müxalifəti daha dərin uçuruma yuvarlayacaq: “Bu adamlar iqtidarda olduqları müddətdə ölkəmizə şok yaşatdılar, rayonlarımız işğal olundu, dövlət büdcəsi talan olundu, ölkədə vətəndaş müharibəsi başladı. İndi bu adamlar 25 ildən sonra “dirçəl”iblər, inkişaf etmiş, dünya arenasında özünəməxsus yer qazanmış Azərbaycanı yenidən uçuruma aparmağa çalışırlar. Ancaq bu arzu onların ürəklərində qalacaq. Təbii ki, bu cür sapı özümüzdən olan baltaları dəstəkləyən bəzi xarici dairələrin ölkəmizlə bağlı hazırladıqları planlar alt-üst olacaq. Necə ki, belədir”. M.İbrahimqızı onu da vurğulayıb ki, Azərbaycan xalqı bu adamlara inanmır, etibar etmir: “Bunlarla hətta öz qohum-əqrabaları belə danışmır, öz ailələri belə bunlara inanmır. Azərbaycan xalqı seçimini edib və bu seçim dövlətimizin bundan sonrakı inkişafının da qarantıdır. Azərbaycanda xalqı-iqtidar birliyi mövcuddur. Eyni zamanda Prezidentin apardığı uğurlu siyasət bu cür antiazərbaycan qrupları ciddi narahat edir. Onlar dövlət başçısının günbəgün artan nüfuzunu və ölkəmizin inkişaf yolunu həzm edə bilmirlər. Hesab edirəm ki, bu adamlar nə qədər çağırışlar etsələr də xeyri yoxdur”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info