Millət vəkili: “İsa Qəmbəri xaricdən aldığı pul danışdırır”
Tarix: 02.02.2017 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Azər Həsrət: “Ağalarından aldıqları təlimatları yerinə yetirirlər”

Azərbaycanda həyata keçirilən uğurlu siyasət ölkəmizi beynəlxalq münasibətlər sisteminin nüfuzlu üzvlərindən birinə çevrilib. Azərbaycan Prezidentinin siyasəti milli maraqlara xidmət etdiyindən ölkəmizin daha da güclənməsinin təmi edir.
Dövlət başçısı tərəfindən müəyyən edilən bu siyasət həm ölkəmizin iqtisadi inkişafını təmin edib, həm də ölkəmizi beynəlxalq siyasi arenada fəal aktora çevirib. Regionda nüfuzlu dövlət olan Azərbaycanın sözünə, mövqeyinə beynəlxalq aləmdə hörmət edir, onunla hesablaşırlar. Artıq bütün dünya qəbul edir ki, Azərbaycan müstəqil siyasət həyata keçirir və bu siyasət ölkənin milli maraqlarına əsaslanır. Şübhəsiz ki, Azərbaycan Prezidentinin milli maraqların təmin olunmasına yönələn məqsədyönlü daxili və xarici siyasəti antiazərbaycan qüvvələrini xeyli narahat edir. Həmin sırada Ermənistan və erməni diasporu, onlarla əməkdaşlıq edən dairələr, ölkəmizin nüfuzunu həzm edə bilməyən qüvvələr və onların sifarişlərini yerinə yetirən daxili qüvvələr yer alır. Antimilli qüvvə olan “5-ci kolon” fəalları onlardan Azərbaycanın maraqlarının əleyhinə istifadə edilməsinə artıq çoxdan öyrəşiblər. Cəmiyyət tərəfindən qəbul edilməyən, tamamilə ifşa edilən həmin qüvvələr, buna baxmayaraq, hər fürsətdə ölkənin əleyhinə fəaliyyətə can atırlar. Bu qüvvələr heç cür ölkəmizin inkişafını, güclənməsini, nüfuzlu söz sahibi olmasını həzm edə bilmirlər.

Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı kimi arxaik təfəkkürlü siyasi avantüristlər cəmiyyət tərəfindən birmənalı şəkildə inkar olunurlar
Hakimiyyətə gəlmək istəkləri baş tutmayan həmin antimilli qüvvələr çoxdan siyasi səhnədən siliniblər. Tarixin arxivinə göndərilən həmin qüvvələr bunu qəbul edə bilməyərək müxtəlif vasitələrlə gündəmə gəlməyə çalışırlar. Bunun üçün Azərbaycan dövlətini və xalqını hədəf götürməkdən belə, çəkinmirlər. Cəmiyyət Əli Kərimli, İsa Qəmbər və Arif Hacılı kimi avantüristləri qəbul etmir. Ötən illər ərzində onlırın fəaliyyəti özlərinin tam şəkildə ifşa olunması ilə nəticələndi. Əllərinə düşən ilk fürsətdəcə Azərbaycan xalqının, dövlətinin maraqlarını qrant müqabilində beynəlxalq təşkilatlara satmağa hazır olmaları onları tarixin arxivinə göndərib. Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı kimi arxaik təfəkkürlü siyasi avantüristlər müasir dövrün reallıqları və tələbləri, uğursuzluqları, cəmiyyət tərəfindən birmənalı şəkildə inkar olunmaları ilə barışmaq istəmir, hər vəchlə ölkənin siyasi həyatına qayıtmağa çalışırlar. Onlar hesab edirlər ki, başqalarını ittiham hədəfinə çevirməklə cəmiyyəti çaşdıra biləcəklər. Əslində, cəmiyyət onları yaxşı tanıyır və heç bir halda onların sözünə inanmır. Bu günə kimi bir dənə də olsun səmərəli fikir və ideya müəllifi kimi diqqəti cəlb etməyən alayarımçıq laborant İsa Qəmbər bütün uğursuzluqlarının səbəbini özündə axtarmaq, nəticə çıxarmaq əvəzinə, başqalarını ittiham hədəfinə çevirir və bununla da cəmiyyəti çaşdıra biləcəyini düşünür.

“Vəzifədə olarkən Azərbaycanın strateji maraqlarını tapdaq altına atan, siyasi korafəhmliyin bariz nümunəsi olan, səbəbini araşdırmadan insanların barəsində ölüm qərarını təsdiq edərək qəddarlığı ilə ad qazanan İsa Qəmbər kimiləri bu gün hansı üzlə cəmiyyət qarşısına çıxırlar?”

Nə elmdə, nə də siyasətdə uğur qazanmamış İsa Qəmbərin hər dəfə küçə leksikonu, primitiv mülahizələr və istehza doğuran ironiya ilə gündəmə gəlmək, mətbuata çıxmaq cəhdləri artıq, hətta onun yaxınları və azsaylı tərəfdaşlarının məyusluğuna səbəb olur. Axı cəmiyyət yaxşı bilir ki, İsa Qəmbər ötən əsrin sonlarında Azərbaycan xalqını çörəklə sınağa çəkən, cəmiyyətin üzləşdiyi kataklizmlərə səbəbkar olan, torpaqlarımızın işğalına şərait yaradan siyasi dəllallar qrupunun başçılarından biridir. Vəzifədə olarkən Azərbaycanın strateji maraqlarını tapdaq altına atan, siyasi korafəhmliyin bariz nümunəsi olan, səbəbini araşdırmadan insanların barəsində ölüm qərarını təsdiq edərək qəddarlığı ilə ad qazanan İsa Qəmbər kimiləri bu gün hansı üzlə cəmiyyət qarşısına çıxırlar? Müxalifətdə olduqları dövrdə İsa Qəmbər, Əli Kərimli və s. bu kimi ünsürlərin bütün fəaliyyəti erməni lobbisindən, xarici fondlardan gələn sifarişləri icra etməyə, ictimaiyyəti çaşdırmağa, ölkə daxilində sabitliyi pozmağa, cəmiyyəti daim gərgin vəziyyətdə saxlamağa yönəlib. Bu illər ərzində Müsavat ciddi ideologiya formalaşdıra bilməmiş, gah Türkiyədə MHP-yə yaxın çevrələrə xoş gəlmək üçün türkçülük, gah Əbülfəz Elçibəyin irsinə iddia etmək üçün “milli demokratiya”, gah islamçı elektoratın səsini almaq üçün hacılıq, gah da Avropadan qrant almaq üçün “liberalizm” pərdəsinə bürünüb. Dağıdıcı müxalifət başçıları öz mövcudluqlarına, bu gün yaşadıqlarına və fəaliyyət göstərdiklərinə görə məhz ümummilli lider Heydər Əliyevə borcludurlar ki, hakimiyyətə gəldikdən sonra həm də onları ölümdən xilas etdi. Təəssüf ki, onlar bundan da düzgün nəticə çıxarmaq iqtidarında deyillər.

Millət vəkili:
“İsa Qəmbəri xaricdən aldığı pul danışdırır”
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə SİA-ya açıqlamasında bildirib ki, antiazərbaycan qüvvələrin son vaxtlarda özlərini aktiv şəkildə göstərməyə cəhd etmələri onların xarici havadarları qarşısında götürdükləri öhdəliklərlə bağlıdır: «İsa Qəmbər, Əli Kərimli xarici dairələrdən pul aldıqlarına görə, yenidən Azərbaycan dövlətinə qarşı “qara piar” kampaniyasına start veriblər. Bir sözlə, İsa Qəmbəri xaricdən aldığı pul danışdırır”. İ.Qəmbərin Novxanıda M.Ə.Rəsulzadənin abidəsi önündə çıxışına münasibət bildirən A.Əlizadə onu da qeyd edib ki, İsa Qəmbərin səsləndirdiyi fikirlər qeyri-real məsələlərdir, onlar növbəti dəfə ətrafındakıları aldatmaqla məşğuldurlar: “İsa Qəmbərin çıxışı zamanı 2017-ci ilin “Müsavat ili” olacağı ilə bağlı səsləndirdiyi fikirlər isə, sadəcə, gülüş doğurur. Necə deyərlər, "ac toyuq yuxusunda darı görər". Amma düşünürəm ki, 2017-ci il “Xoruz" ili olduğuna görə, bu il Əli Kərimliyə daha çox uyğundur”.

“Növbəti mərhələ üçün yeni vəsaitlər əldə etməyin yolunu açırlar”
Siyasi şərhçi Azər Həsrət “Palitra”ya bildirdi ki, Azərbaycanda bu qrupların fəallaşması müəyyən proseslərlə bağlıdır: «Bildiyiniz kimi, ABŞ-da yeni prezident fəaliyyətə başlayıb. Ona qədər həmin adamların bəlli bir gözləntiləri var idi. Amma gözləntiləri özünü doğrultmadı. Bir tərəfdən də Yaxın Şərqdə baş verən proseslər fonunda düşünürlər ki, Azərbaycanda da nəyisə dəyişdirə bilərlər. Sadəcə olaraq bu insanlar gündəmdə qalmaq və insanların yadından çıxmamaq üçün bu addımları atırlar.

“Müxalifətdə olduqları dövrdə İsa Qəmbər, Əli Kərimli və s. bu kimi ünsürlərin bütün fəaliyyəti erməni lobbisindən, xarici fondlardan gələn sifarişləri icra etməyə, ictimaiyyəti çaşdırmağa, ölkə daxilində sabitliyi pozmağa, cəmiyyəti daim gərgin vəziyyətdə saxlamağa yönəlib”

Xüsusən də radikal dediyimiz həmin şəxslər zaman-zaman özlərini göstərirlər. Onların pulu bundan çıxır. Azərbaycanda olan sabitlik bu insanlara sərf etmir. Ona görə də zaman-zaman baş qaldırıb özlərini göstərir və ağalarından aldıqları təlimatları yerinə yetirirlər. Onlar, eyni zamanda növbəti mərhələ üçün yeni vəsaitlər əldə etməyin yolunu açmış olurlar. Amma onlar bir şeyi unudurlar ki, Azərbaycan xalqı bu sabitliyi heç kimin ayağına vermək fikrində deyil. Azərbaycan xalqı Prezidentlə əl-ələ verərək ölkədəki davamlı sabitliyi qorumaq əzmindədir. Yəni ötən illər ərzindən də dəfələrlə cəhdlər olub ki, ölkədə sabitliyi pozsunlar, qarışıqlıq yaratsınlar və suyu bulandırıb balıq tutsunlar. Amma təcrübə göstərdi ki, bunlar nə qədər çox ortalığı qarışdırmaq istəyiblərsə, Azərbaycan xalqı bir o qədər birləşib, möhkəmlənib».
Bir sözlə, İsa Qəmbər, Əli Kərimli və digər bu kimi ünsürlər artıq cəmiyyət tərəfindən qəbul olunmur və Azərbaycanın siyasi həyatından siliniblər. Onların dağıdıcı fəaliyyətlərini bərpa etmək cəhdləri isə hüquq-mühafizə orqanlarının səlahiyyəti çərçivəsinə daxil olan məsələdir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info