Bərdədə müharibə veteranları ilə şagirdlər arasında görüş keçirilib
Tarix: 02.02.2017 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsinin təşkilatçılığı ilə Bərdə şəhər 5 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri ilə veteranların görüşü təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Qarabağ müharibəsi iştirakçıları əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan məzunların xatirəsinə yaradılmış guşəni ziyarət edib, təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olublar.
Daha sonra keçirilən görüşdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova şagirdləri 2 Fevral - Gənclər Günü münasibətilə təbrik edib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlardan, ölkəmizdə müharibə veteranlarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, birliyin Bərdə rayon şöbəsinin 1000-ə yaxın üzvü var və onlar rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Ehtiyatda olan kapitan Şöhrət Eyvazov bildirib ki, ordumuzun gücləndirilməsi və gənclər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində təbliğat aparmaq dövrün əsas tələblərindən biridir. Bu baxımdan gənclərlə müharibə veteranlarının görüşlərinin keçirilməsi təqdirəlayiqdir.
Görüşdə iştirak edən Qarabağ müharibəsi iştirakçıları döyüş xatirələrindən danışıb, məktəbliləri maraqlandıran sualları cavablandırıblar.
Müharibə veteranları ilə görüş şagirdlərin böyük marağına səbəb olub və onlarda yüksək təəssürat yaradıb.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info