Cəlilabadlı gənclər rayonun ictimai-siyası həyatında fəallıq göstərirlər
Tarix: 02.02.2017 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Fevralın 1-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində 2 Fevral - Gənclər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov gəncləri əlamətdar gün münasibətilə təbrik edib.
Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncama əsasən hər il təntənə ilə qeyd olunduğunu vurğulayan Ə.Əzizov ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışıb.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etmələrində mühüm rol oynayıb.
Cəlilabadda həyata keçirilən gənclər siyasəti və gənclərin sosial vəziyyəti məsələsinə də toxunan icra başçısı qeyd edib ki, bu gün rayonun və ölkənin ictimai-siyasi həyatında rayon gənclərinin göstərdiyi fəallıq onların hazırkı səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləməyə əsas verir.
Toplantıda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclərin bir qrupuna Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və qiymətli hədiyyələr verilib.
Tədbir konsert proqramı ilə davam edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bazar günü Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib
20.09.2019
Masallıda tədbir: “Heydər Əliyev və neft strategiyası“
19.09.2019
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info