“Dünyaya gənclər siyasəti ilə bağlı yeni model təqdim etmişik”
Tarix: 02.02.2017 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Bu gün bütün gənclərin bayramıdır. Ən sevimli an odur ki, bu gün gənclər gününün 20 ili tamam olur. Bu müddət ərzində çoxlu işlər həyata keçirilib. Bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib.
Nazir bildirib ki, hər il çoxlu tədbirlər həyata keçirilir: "Keçən il gənclər proqramına aid olan 150-dən çox tədbir keçirilib ki, onların 30-u beynəlxalq tədbirlərdir. Biz demək olar ki, dünyaya gənclər siyasəti ilə bağlı yeni bir modeli təqdim etmişik. Ötən gün Birləşmiş Millətlər Təşkilatının Gənclər Forumunda hesabatda bu istiqamətdə hansı işlər aparılması barədə ətraflı məlumat verdik. Düşünürəm ki, gələcəkdə də bizim işimiz çoxdur".
A.Rəhimov deyib ki, daim çalışırıq ki, ətrafımızda daha çox gənclər birləşsin: "300-dən artıq qeyri-hökümət gənclər təşkilatı fəaliyyət göstərir, çoxlu layihələr dəstəklənir. Ən böyük mükafatımız isə odur ki, cənab Prezident tərəfindən 2014-cü ildə gənclər mükafatı təsis olunub".
Nazir həmçinin, 2014-cü ildən hər bir fəal 4 gəncə bu mükafatın təqdim olunduğunu da qeyd edib: "Bu gün də biz bunun şahidi olacağıq. Bunlar bizim gəncləri ruhlandırır, onları böyük işlərə cəlb edir. Biz hər zaman çalışırıq ki, nazirlik kimi həmişə bu işlərə dəstək olaq, gənclərlə bir yerdə olaraq onların bütün ideya və layihələrini həyata keçirməyə kömək edək".
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info