Yeni hərbi şəhərciyin açılışı olub
Tarix: 02.02.2017 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada inşa edilmiş daha bir yeni hərbi şəhərciyin açılışında iştirak edərək qərargah, əsgər yataqxanaları, yeməkxana, tibb məntəqəsi, klub, hamam-camaşırxana, qazanxana kompleksi, sıra meydanı və digər obyektlərlə tanış olublar.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, tikintisi 2014-cü ilin iyun ayında başlanan hərbi şəhərcik 35 hektar ərazidə yerləşir. Hərbi hissənin qərargah binası müasir səviyyədə inşa edilib. Burada hərbi hissə növbətçisi, istirahət, qonaq və digər xidməti otaqlar var.

Şəxsi heyətin uzunmüddətli yerləşməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət 9 əsgər yataqxanası tikilib. Burada ideoloji otaq, dəftərxana və digər inzibati otaqlar yaradılıb.
Ailəli və subay hərbi qulluqçular üçün təmirli və kommunikasiya xətləri çəkilmiş iki və üçotaqlı mənzillərdən ibarət 5 yaşayış binası inşa edilib. Mənzillər yumşaq və bərk mebellər, zəruri inventar və televizorla təmin olunub.
 
Hərbi qulluqçulara ixtisaslı tibbi yardımın göstərilməsi üçün müasir avadanlıqla təchiz edilmiş 30 çarpayılıq tibb məntəqəsi də tikilib.
 
Şəxsi heyətin dolğun qidalanması üçün mətbəx və təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları olan geniş yeməkxana da istismara verilib. Yeməkxana kompleksində çörək və şirniyyat məmulatlarının bişirilməsi sexi də fəaliyyət göstərir.
 
Hərbi hissədə qarovul xidmətinin təşkili və aparılması məqsədilə qarovul evi də inşa edilib.
Şəhərcikdə müasir avadanlığın quraşdırıldığı hamam-camaşırxana və qazanxana kompleksi fəaliyyət göstərir. Burada bir buxar qazanxanası, iki transformator yarımstansiyası da istifadəyə verilib. Ərazidə hər birinin həcmi 500 kubmetr olan 2 su anbarları da yaradılıb.
 
Bundan başqa hərbi hissənin ərazisində 600 yerlik klub və idman şəhərciyi də istifadəyə verilib.
Hərbi şəhərcikdəki şəraitlə tanışlıqdan sonra Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info