2 fevral – Gənclər gününə həsr olunmuş tədbir keçirilib
Tarix: 02.02.2017 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Tahir Süleymanov: “Azərbaycanda 20 ildən çoxdur ki, uğurlu gənclər modeli formalaşıb”

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Milli Məclisin Gənclər və idman komitəsinin birgə təşkilatçılığı ilə 2 fevral – Gənclər gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov 20 il bundan öncə keçirilmiş Azərbaycan gənclərinin I forumu barədə tədbir iştirakçılarına məlumat verib.
  
O bildirib ki, Azərbaycan gənclərinin I forumunda 2200 insan iştirak edib: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncləri xüsusi dövlət qayğısı ilə əhatə olunub. Azərbaycanda 20 ildən çoxdur ki, uğurlu gənclər modeli formalaşıb, gənclərlə bağlı mükəmməl qanunvericilik toplusu hazırlanıb. Gənclər üçün bölgələrdə lazımi infrastruktur yaradılıb. Azərbaycanda gənclər təşkilatlarına mühüm yardımlar göstərilir”. 
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev isə deyib ki, Fondun fəaliyyət göstərdiyi 5 il ərzində təqdim olunan layihələrin 3341-i maliyyələşdirilib və uğurlu nəticələr əldə olunub. 
  Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, 20 il ərzində Azərbaycanda yeni gənc nəsil formalaşıb: “2 fevral – Gənclər gününün mövcudluğu gənclər siyasətinin hər zaman prioritet olduğunu göstərən bir faktdır. Dövlət və gənclik arasında körpü modelini Azərbaycan dünyaya nümayiş etdirib. Düşünürəm ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclər təşkilatları öz töhfəsini verəcəklər”. 

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info