Aqil Acalov: “Azərbaycan gəncləri millətimizin qürurudur”
Tarix: 02.02.2017 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


Alpaqut Federasiyasının prezidenti Aqil Acalov 2 fevral Gənclər Günü münasibətilə açıqlama verərək Azərbaycan gənclərinin uğurlarından, potensialından söz açıb: "Bu gün milli-mənəvi dəyərlərimizin qorunmasında, tarixi köklərimizə bağlı yaşamaqda, elmi-intellektual inkişafımızda, ciddi təhsil və mədəni islahatların həyata keçirilməsində gənclərin önəmli rolu var. Onlar müstəqilliyimizin, dövlətçiliyimizin keşiyində şərəflə dayanıblar, onlar ölkəmizi beynəlxalq miqyaslı yarışlarda, elmi konfranslarda, mədəni tədbirlərdə layiqli şəkildə təmsil edirlər". Federasiya prezidenti ölkə rəhbərliyinin gənclər üçün yaratdığı şəraitə də diqqət çəkib: "Mən özüm bir gənc olaraq istər idman, istər elm sahəsində, istər ictimai fəaliyyətimdə, istərsə də çalışdığım dövlət qulluğunda uğurla fəaliyyət göstərə bilirəmsə, bu, həm də dövlətimizin bizə yaratdığı yüksək şəraitlə bağlıdır. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün istedadı, bacarığı olan istənilən Azərbaycan gənci uğur qazanmaq imkanına malikdir". Aqil Acalov 2 fevral Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə təbrikini də çatdırıb: "Azərbaycan gəncləri dövlətimizin, millətimizin qürurudur. Azərbaycan gəncləri sabaha inamımız, gələcəyimizdir. Azərbaycan gəncləri ümidlərimiz, arzularımız, gücümüzdür. Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb həm öz inkişaflarını təmin etmələri, həm də dövlətçiliyimizi qorumalarıdır. Azərbaycan gənclərinin hər zaman fiziki və mənəvi sağlam, hər zaman dik, hər zaman qürurlu olmalarını arzu edirəm".




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info