“Azərbaycan şərabının əsas hədəf bazarı Rusiya və Çindir”
Tarix: 02.02.2017 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Üzümçülük sahəsi Azərbaycanda geniş miqyasa və potensiala malikdir.
Bunu “Trend”ə Azərbaycan Şərab istehsalçıları və ixracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov deyib. E.Mədətovun sözlərinə görə, bu sahə Azərbaycanda tarixən inkişaf edib və bu gün ölkədə yaradılan şərtlər itirilən mövqeləri qaytarmağa imkan verir: “1970-ci illərin sonu-1980-ci illərin əvvəllərində Azərbaycan SSRİ respublikaları arasında üzüm istehsalına görə birinci yeri tuturdu. Lakin Qorbaçovun antialkoqol siyasəti bu sahənin Azərbaycanda çökməsinə gətirib çıxardı. Bununla belə, son 10-15 ildə ölkədə bu sahədə görülən tədbirlər üzüm əkini sahələrinin artmasına səbəb olub. Bu gün Azərbaycanın potensialı ildə 100 milyon butulka məhsul istehsal etməyə imkan verə bilər”.
E.Mədətovun sözlərinə görə, bir sıra obyektiv və subyektiv səbəblərlə əlaqədar Azərbaycan istehsalatın bu həcminə nail ola bilmir: “Bu sahənin daxili bazarla yanaşı, xarici bazarlara çıxışı da vacibdir. Lakin xarici bazarlarda rəqabət çox güclüdür.” Assosiasiya rəhbəri qeyd edib ki, Azərbaycan şərabının əsas hədəf bazarı Rusiya və Çindir. O deyib: “Çin bazarı bizim üçün yeni bazardır. Azərbaycan məhsulu bir ildir ki, buraya daxil olub. Rusiya bazarında isə vəziyyət fərqlidir. Burada bizim məhsullar gürcü və erməni məhsulları ilə güclü rəqabət aparır. Hesab edirəm ki, Azərbaycan şərablarının daha güclü rəqabət apara bilməsi üçün bu sahəyə dövlət dəstəyi lazımdır”.
E.Mədətov qeyd edib ki, bu istiqamətdə konkret addımlar atılır. Bu məqsədlə son bir neçə ay ərzində Çin, Belarus və Almaniyaya ixracat missiyaları təşkil olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info